Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-6/2025 18.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, X1 iştirakı ilə X1 barəsində qəbul olunmuş İXP ******* qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş İXP ******* qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi “KAMAZ 65115” yük markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Füzuli rayonu istiqamətində hərəkətdə olarkən rayonun Horadiz qəsəbəsi ərazisində yol patrul xidməti inspektoru polis baş serjantı X7 tərəfindən saxlanılmışdır. İnspektordan nə üçün saxlanıldığını soruşduqda isə açıq heç bir səbəb göstərmədən, müxtəlif bəhanələr gətirərək sənədləri tələb etmişdir. Ona sənədlərin ancaq stasionar postlarda, reyd zamanı yaxud hansısa açıq-aşkar qayda pozuntusu olduqda tələb edilə biləcəyini bildirdikdə isə avtomobildəki yükün ağır olduğunu bu səbəblə tərəziyə getməli olduğunu bildirmişdir. Bunun qeyri-qanuni bir tələb olduğunu, onun vəzifəsi daxilində olmadığını, Bakı-Füzuli istiqamətində olan stasionar postlarda avtomobilin yüklə birlikdə kütləsinin yoxlanıldığını bildirməsinin faydası olmamışdır. Məcburi şəkildə Horadiz qəsəbəsi ərazisində yerləşən tərəzi nəzaərt məntəqəsinə getmişlr. X12nə çatdıqları vaxt incpektor tərəzi işçilərinin olduğu otağa daxil olmuş, bir müddət öz aralarında söhbət etdikdən sonra avtomobili tərəzinin üzərinə çıxarmasına göstəriş vermişdir. Avtomobil tərəzi üzərindən keçdikdən sonra avtomobilin kütləsinin ağır olduğunu, ümumi çəkinin 26 tondan artıq olduğunu bildirərək İXP ******* nömrəli protokol tərtib etmişlər. Daha sonra iddialarına görə artıq olan yükü boşaltması tələb edilmişdir. Ancaq yükün boşaldılmasından sonra hərəkətə davam etməyə icazə vermişlər. Protokol ilə razı olmadığını, yol patrul əməkdaşının əməlinin qeyri-qanuni olduğu, vəzifə səlahiyyətini aşdığı və tərəzi nəzaərt məntəqəsinin əmkdaşları ilə əlbir olduğu qənaətinə gəlmişdir. Qanun tələblərinə əsasən hər bir halda çəki və qabarit Nəqliyyat Nazirliyinin səlahiyyətlərinə aiddir. Hətta DYP tərəfindən həyata keçirilən reydlərdə belə daşına bilən tərəzi vasitəsi ilə çəkinin müəyyən edilməsi Nəqliyyat Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilir. X12ndə avtomobil tərəzidən keçərkən onun kütləsinin icazə verilən həddən artıq olduğu bildirilmişdir. Bu isə həqiqətə uyğun deyildir. Belə ki, Qaradağ rayonu ərazisində yükün avtomobildə yüklənməsindən sonra yollarda fəaliyyət göstərilən şəxsi tərəzilər vasitəsi ilə avtomobilin yüklə birlikdə kütləsi yoxlanılmış və 25,96 ton olduğu müəyyən edilmişdir. Buna əlavə olaraq DYP-in Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda avtomobil tərəzidən keçmiş və yüklə birlikdə kütləsinin 25,06 ton olduğu müəyyən edilmişdir. Bununla bağlı DYP-in Qaradağ rayonu ərazisində yerləşən stasionar postundan əldə edilmiş tərəzi qəbzi işə əlavə edilmişdir. Avtomobilin yüklə birlikdə kütləsinin 25,96 ton olması Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 104 nömrəli qərarına zidd deyildir. Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 104 nömrəli qərarında 3 oxlu yük avtomobilləri üçün nəzərdə tutulan ümumi kütlə 25 tondur. 25 tonun 5%-i isə 1,25 edir ki, bu da 25 tonun üzərinə əlavə edildikdə icazə verilmiş kütlə 26,25 ton edir. Odur ki, DYP-in Qaradağ rayonu ərazisində yerləşən stasionar postunda yerləşən X4 əldə olunan tərəzi qəbzində 25,96 ton qanunla müəyyən edilmiş kütlədən azdır. Göstərdiklərinə əsasən barəsində qəbul edilmiş İXP ******* qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında şikayətində göstərdiklərini təsdiqləyərək barəsində qəbul edilmiş TP6921949 qərarın əsassız olduğunu, həmin ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq 12.112.2024-cü il tarixli, TP ******* nömrəli X19 haqqında qərarı tərtib etmiş əməkdaşın məhkəmə iclasında iştirakının təmin edilməsi xahiş olunmuş, lakin həmin əməkdaş məhkəmə iclasına gəlməmiş, həmçinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12:33-də X3 idarə etdiyi “KAMAZ 65115010” yük markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Füzuli rayonu Yol Patrul xidməti inspektoru polis baş serjantı X8 tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı X19 haqqında qərarın surətindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdə saat 12:33-də idarə etdiyi “KAMAZ 65115010” yük markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş X19 haqqında qərar qəbul edilmiş və həmin maddələrlə 600 manat cərimə edilmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X22 İdarəsi tərəfindən verilmiş ticket № **********040 nömrəli sənədin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 05:21-də ** BH *** qeydiyyat nişanlı avtomobilin ümumi çəkisi 25960 kq olduğu qeyd edilmişdir. Şikayətçi tərəfindən təqdim edilmiş Azərbaycan Avtomobil Yolları X9 Yollarının Mühafizəsi Xidməti 13 nömrəli X12 tərəfindən verilmiş 813 nömrəli qaimənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:15-də X3 idarə etdiyi ** BH *** qeydiyyat nişanlı avtomobilin çəkisi 26990 kq olmuşdur. Şikayətçi tərəfindən təqdim edilmiş Azərbaycan Avtomobil Yolları X9 Yollarının Mühafizəsi Xidməti 13 nömrəli X12 tərəfindən verilmiş 815 nömrəli qaimənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:08-də X3 idarə etdiyi ** BH *** qeydiyyat nişanlı avtomobilin çəkisi 24890 kq olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Avtomobil Yolları X9 Yollarının Mühafizəsi Xidmətinin Tərtər Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş sorğusuya cavab məktubundan görünür ki, Agentliyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3(061)-06/2025 və xx.xx.2025-ci il tarixli 3(061)-72/2025 nömrəli məktublarla X5 və X3 barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə tərtib edilmiş TP ******* və TP ******* nömrəli protokollar üzrə qəbul olunmuş X19 haqqında qərardan verilmiş şikayət üzrə daxil olmuş müraciətə baxılmışdır. Bildirilmişdir ki, “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli 1114 nömrəli Sərəncamına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 26 yanvar tarixli 16 nömrəli Qərarına əsasən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrləri Azərbaycan Respublikası Avtomobil X10 məxsus olan tərəzi nəzarət məntəqələrində foto və ya videoqabarit funksiyalarına malik stasionar elektron tərəzi vasitəsi ilə Baş X22 tərəfindən saxlanılmaqla Azərbaycan Respublikası Avtomobil X6 əməkdaşları ilə birlikdə yoxlanılır. İriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 dekabr tariaxli 415 nömrəli Qərarı ilə təsdiq edilmişdir. İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitəsi ilə bölünən yüklərin daşınması zamanı qabarit və ya çəki parametrlərinin pozulması aşkar edildikdə, daşınma dayandırlır, nəqliyyat vasitəsi yol hərəkətindən kənarlaşdırılır, normadan artıq yükün boşaldılması təmin edilir və təkrar nəqliyyat vasitəsi çəkilərək daşınma davam etdirilir. Müraciətdə qeyd olunan üç oxlu “KAMAZ 65115” markalı qeydiyyat nişan nömrəsi ** BH *** nəqliyyat vasitəsini idarə edən sürücü X3 iştirakı ilə xx.xx.2024-cü il tarixdə saat 10:15:09- real vaxt rejimində X12ndə 813 nömrəli qaimə üzrə ümumi kütləsi 26990 kq müəyyən etmişdir. Normadan artıq yükü boşaltdıqdan sonra xx.xx.2024-cü il tarixdə saat 11:08:02 real vaxt rejimində təkrar tərəzidə çəkilərək həmin X12nin 815 nömrəli qaiməsi üzrə ümumi kütləsi 24890 kq müəyyən edilərək inzibati xəta haqqında protokol tərtib edilmiş, daşınma davam etdirilmişdir. Sorğu məktubuna əlavə edilmiş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə xx.xx.2024-cü il tarixli AKT-ın surətindən görünür ki, sürücü X3 idarə etdiyi “KAMAZ 65115” markalı qeydiyyat nişan nömrəsi ** BH *** nəqliyyat vasitəsinin banında olan yük daş (kubikdən ibarət olmaqla, 26990 kq olmuşdur. Məhkəmə, X1 izahatını dinləyərək Azərbaycan Avtomobil Yolları X9 Yollarının Mühafizəsi Xidmətinin Tərtər Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş sorğusuya cavab məktubunu və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə, iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə saat 12:33-də idarə etdiyi “KAMAZ 65115” yük markalı ** BH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmış və ümumi çəkisi 26990 kq olmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyinə görə Füzuli rayonu Yol Patrul xidməti inspektoru tərəfindən onun barəsində Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmiş, eləcə də TP ******* saylı X19 haqqında qərarı qəbul edilərək 600 manat cərimə edilmişdir. Yuxarıda elan olunmuş sənədlərdən göründüyü kimi X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. X3 qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, o cümlədən Azərbaycan Avtomobil Yolları X9 Yollarının Mühafizəsi Xidmətinin Tərtər Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş sorğusuya cavab məktubu ilə tam, hərtərəfli təsdiq edilmişdir. X11 məhkəmə iclasında yol patrul inspektorunun onu qanunsuz olaraq X12nə apardığını, orada işçilərlə danışdıqdan sonra idarə etdiyi avtomobili tərəzinin üzərinə çıxardığını və avtomobilin çıkisinin 26 tontan artıq gəldiyini, bu səbəbdən onun barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etdiklərini, bundan sonra yükü boşaldıb onu yola saldıqlarını göstərmişdir. Göründüyü kimi yol patrul inspektoru qanunun təlblərinə uyğun olaraq öz vəzifəsini yerinə yetirmiş və hər hansı bir qanunsuzluğa yol verməmişdir. Belə ki, yol patrul inspektoru şikayətçinin idarə etdiyi avtomobilin yükünün çəkisini müəyyən etmək üçün onun idarə etdiyi avtomobili tərəzi məntəqəsinə gətirmiş, avtomobil şikayətçinin iştirakı ilə tərəzinin üzərinə çıxarılmış, nəticədə avtomobilin yükünün 26990 kq olduğu müəyyən edilmiş, bu səbəbdən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati tənbeh nermə haqqında qərar qəbul edərək 600 manat cərimə edilmişdir. Rasim Ağayevin törətdiyi inzibati xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin Füzuli rayon X21 Patrul Xidməti inspektoru tərəfindən tərtib olunmuş protokol və qəbul edilmiş qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl etmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X22 İdarəsinin Füzuli Rayon X21 Patrul Xidməti inspektoru X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli protokol və xx.xx.2024-cü il tarixdə qəbul edilmiş TP ******* saylı X19 Haqqında Qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 oğlunun şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində Füzuli rayon X17 X20 Yol Patrul Xidməti inspektoru polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı X19 Haqqında Qərarın ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Füzuli rayon X17 X20 Yol Patrul Xidməti inspektoru polis baş serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokol və xx.xx.2024-cü il tarixli, TP ******* saylı X19 Haqqında Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-6/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-6/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver