Məhkəmə qərarları › İş №3(061)-604/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-604/2025

12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-604/2025 12.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzində daxil olmuş 3-33-1100/012/016074 saylı xx.xx.2025-ci il tarixli raportun araşdırılması zamanı müəyyən edilmişdir ki, Az5920, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC (VÖEN **********) ünvanına gələn mallar **********9434 saylı xx.xx.2025-ci il tarixli gömrük bəyannaməsi ilə gömrü orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsinin 22-ci qrafasında qeyd edilən mallarınümumi invoys dəyəri, 35 və 38-ci qrafalarda qeyd olunan netto və brutto çəkilər, həmin mal partiyasına dair əvvəlcədən təqdim olunmuş **********2860 saylı xx.xx.2025-ci il tarixli qısa idxal bəyannaməsinin müvafiq qrafaları ilə uyğunsuzluq təşkil edir. ŞəxsMMC (VÖEN **********) tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi nəzərə alınaraq həmin MMC-in əməlində Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Nəticədə Şəxs MM (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də 08 avqust 2025-ci il tarixdə Şəxs MMC-nin barəsində EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Şəxs MMC-nin və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 08 avqust 2025-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi İlə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasəna görə - fiziki şəxslər iyorçi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında materiala əlavə olunmuş sübutlarla təsdiq olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan ŞəxsMMC (VÖEN **********) tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verildiyi nəzərə alınaraq həmin MMC-in əməlində Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Nəticədə Şəxs MM (VÖEN **********) tərəfindən Azərbaycan Respublikasının İXM-in 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi tam təsdiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-ju maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 250 (iki yüz əlli) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar