Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-606/2025 12.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs, İnzibati material üzrə zərərçəkmiş şəxs X3 iştirakları ilə xx.xx.1968-ci ildə Kəlbəcər rayonu Ballıpəyə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Seydimli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Tərtər şəhəri E.Hüseynov küçəsi ərazisində Tərtər şəhəri Ə.Paşayev küçəsində yaşayan xx.xx.1992-ci il təvəllüdlü X1 hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “VAZ-21015” markalı **-MU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Tərtər rayonu Seydimli kəndində yaşayan Şəxs sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi “VAZ-2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X3, X2, X6, X5 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində müəyyən edilmiş xəsarətlər dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan Yüngül zərər vurmaya aiddirlər. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs baş vermiş hadisəyə görə əməlindən peşman olduğunu bildirərək izahatında göstərmişdir ki, Tərtər rayon Seydimli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində idarə etdiyi “VAZ-2107” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tərtər şəhəri Şıxarx qəsəbəsindən öz yaşadığı Tərtər rayonu Seydimli kəndi istiqamətinə doğru hərəkət etmiş və idarə etdiyi avtomobilin sürət həddi təxminən 60 km saat sürəti olmuşdur. Tərtər şəhəri E,Hüseynov küçəsi ərazisində mobil telefonuna zəng gəlmiş, bu zaman o telefon zəngini cavablamış, bundan sonra idarəetməni itirmiş, idarə etdiyi avtomobili yolun əks istiqamətinə çıkmış və əks istiqamətdən gələn “VAZ-21015” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. “VAZ-2107” markalı **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən spirtli içki, narkotik vasitə və ya psixptrop maddə qəbul etməmişdir.Yol-nəqliyyat hadisəsi baş verən zaman idarə etdiyi avtomobildə ondan başqa heç kim əyləşməmişdir. O, yol-nəqliyyat hadisəsi zamanı hər hansı xəsarət almamış və tibbi ekspertizadan keçmək istəməmişdir. Şəxs həmçinin izahatında göstərmişdir ki, idarə etdiyi avtomobil baş etibarnamə ilə özünə məxsusdur. Sürücülük vəsiqəsi vardır. Hazırda əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslərə ilkindən yardımlar olunub, onların heç bir şikayət və tələbləri yoxdur. Təqsirli bilindiyi maddənin sanksiyasında göstərilən ən aşağı həddə cəza verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati material üzrə zərərçəkmiş şəxs X7 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində etibarnamə ilə idarə etdiyi “VAZ-21015” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə həyat yoldaşı X10, azyaşlı övladı X4, qaynanası X8 ilə birlikdə Tərtər şəhəri Şıxarx qəsəbəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt sol arxa sərnişin hissədə həyat yoldaşı X10 və onun qucağında azyaşlı övladı X4, sağ arxa sərnişin yerində qaynanası X8 əyləşmiş, o həmin vaxt avtomobili 40 km saat sürətlə hərəkət etdirmişdir. Həmin vaxt əks istiqamətdən gələn əvvəllər tanımadığı şəxsin idarə etdiyi “VAZ-2107” **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkətdə olduğu yola çıxmış və idarə etdiyi avtomobilə ön hissəsindən çırpılmışdır. Nəticədə o, həyat yoldaşı Ayşə və qaynanası müxtəlif bədən xəsarətləri almışlar. Hazırda tam sağalmışlar. Şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 09 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti RPŞ-nin DYPB-nə göndərilməsi, həmin qərardan şikayət verilməsi hüquqları izah olunmuş, toplanmış material saxlanılması üçün Tərtər rayon Polis Şöbəsinin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhynda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta tərədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi,əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş xətanın xarakterini, ailə vəziyyətini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-606/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-606/2025
12.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver