Məhkəmə qərarları › İş №3(061)-612/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-612/2025

14.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-612/2025 14.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, X27 X2 İdarəsinin rəisi X1 nümayəndəsi X7 iştirakı ilə X27 X2 İdarəsinin rəisi X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qarabağ regional şöbəsinin rəisi X8 tərəfindən tərtib olunmuş 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli qərarın ləğv edilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X27 X2 İdarəsinin rəisi X19 şikayət ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qarabağ regional şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(021)-213/2025 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qarabağ regional şöbəsinin X22 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli qərarından X11 verdiyi şikayətə baxılması üçün inzibati iş aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati material Tərtər Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və 3(061)-612/2025 nömrə ilə qeydə alınmışdır. X27 X2 İdarəsinin rəisi X19 şikayətini onunla əsaslandırmışdır ki, Tərtər Su X2 İdarəsi barəsində 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və ona İXM-in 192.4-cü maddəsi ilə 700 manat cərimə qeyd edilmişdir. Aşağıda göstərilən əsaslara görə barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar onlardan asılı olmayan səbəbdən qəbul olunduğundan məhkəmə qaydasında ləğv edilməli və hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azrbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında xx.xx.2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-in çevrilmə formasında yenidən təşkil yolu ilə “X21 Xidməti” X29 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 001/F nömrəli əmri ilə X21 Xidməti” X26 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən bir neçə ştat vahidi, o cümlədən X9 tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür. Əmək qanunvericiliyinin tələblərinə əməl olunmaqla X9 əmək müqaviləsinə Tərtər Su X2 İdarəsinin xx.xx.2024-cü il tarixli 341 saylı əmri ilə xitam verilmişdir. Müəssisə dövlət büdcəsindən maliyyələşdirildiyi üçün müəssisədə çalışan işçilərin əmək haqqları ayda bir dəfə olmaqla hər ayın 01-05 arası ödənilir. Bu səbəbdən X3 haqq -hesabı 01-05 noyabr 2024-cü il tarix aralığında əmək haqqı kartına köçürülmüşdür. Eyni zamanda bildirilmişdir ki, X15 şikayət ərizəsində son haqq-hesabının gecikdirilməsi deyil, işə bərpa olunmaq iştəməsini bildirmişdir. Göstərilənlərə əsasən hazırki iş üzrə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qarabağ regional şöbəsinin rəisi X8 tərəfindən tərtib olunmuş 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X27 X2 İdarəsinin rəisi X11 vəkalətli nümayəndəsi X16 məhkəmə iclasında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ regional şöbəsinin 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, Tərtər Su X2 İdarəsinin rəisi X13 inzibati tənbeh tətbiq edilmiş və 700 manat məbləğində cərimə edilmişdir. Hesab edirlər ki, qeyd olunan inzibati xətanın törədilməsinə dair 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli qərar tamamilə əsassızdır və işin faktiki hallarına zidd olaraq qəbul edilmişdir. X4 Su X2 İdarəsində nəzarətçi işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi rəhbər tutularaq xx.xx.2024-cü il tarixdə ixtisara düşmüşdür. Xüsusi ilə qeyd etmişdir ki, təmsil etdiyi qurum tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə qanunvericilik normalarına tam əməl edilmiş və hər hansı pozuntu törədilməmişdir. X3 haqq-hesabın vaxtında ödənilməməsi isə idarədən asılı olmayan səbəblərdən baş vermişdir. X9 əmək fəaliyyətinə xitam verildiyi dövrdə idarənin əmək haqqı fondunda maliyyə vəsaiti olmamışdır. Məhz bu səbəbdən Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada və vaxtda son haqq-hesabın ödənilməsi qeyri mümkün olmuşdur. Bu hal X18 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən düzgün qiymətləndirilməmiş və Murad Zeynalov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İşin faktiki hallarından göründüyü kimi son haqq hesabın ödənilməməsi bilavasitə İdarənin rəhbərliyindən asılı olmamışdır. Onun təqsiri ucbatından baş verməmişdir. Beləliklə, X22 xx.xx.2025-ci il tarixdə Murad Zeynalovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə qəbul olunmuş qərar əsassız və qanunsuzdur. Sədrlik edənin sualına cavab olaraq şikayətçi tərəf iş üzrə əlavə sübutlarının olmadığını bildirmiş, şikayətinin təmin olunmasını xahiş etmişdir. Barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qarabağ regional şöbəsinə nümayəndənin məhkəmə iclasında iştirakının təmin edilməsi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, barəsində şikayət verilmiş hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş vəzifəli şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ Regional Şöbəsi tərəfindən 28 aprel 2025-ci il tarixli MN ******* saylı X22 qərarın surətindən görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi X8 tərəfindən X19 barəsində müəyyən edilmişdir ki, müəssisənin işçisi X15 işdən azad edilərkən son haqq hesab gecikdirilərək ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinin tələbləri pozulmuşdur. Bununla da X19 tərəfindən Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmin maddə ilə X19 700 manat inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan Tərtər Su X2 İdarəsinin rəisi Murad Zeynalov tərəfindən X14 İdarəsinin sağ sahil iş sahəsi üzrə nəzarətçi vəzifəsində çalışan X12 ünvanlanmış ştat cədvəlinin ixtisara düşməsi barədə xəbərdarlığın surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentlliyinin faəlyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “X21 Xidməti” X29 yaranmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X21 Xidməti” X26 təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən, tutduqları vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixdən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 4 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisaına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı lduğu halda orta aylıq əmək haqqının 0,9 misli miqdarında bir dəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. İş materiallarında olan Tərtər Su X2 İdarəsinin X5 Tərtər Su X2 İdarəsinin rəisinin sorğu məktubuna ünvanladığı xx.xx.2024-cü il tarixli 05 saylı cavab məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentlliyinin faəlyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” xx.xx.2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə “X21 Xidməti” X29 yaradılmasına, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli, 001/F nömrəli əmri ilə “X21 Xidməti” X26 strukturuna daxil olan tabeli qrumlarında təsdiq edilmiş struktura və ştat cədvəlinə əsasən Tərtər Su X2 İdarəsində işləyən işçilərin tutduğu vəzifələr ştat vahidləri üzrə xx.xx.2024-cü il tarixdən ixtisara düşmüş və həmin işçilərə əmək stajına uyğun olaraq ştat vahidlərinin ixtisara düşməsi barədə xəbərdarlıq bildirişləri verilmişdir. Xəbərdarlıq müddəti ərzində hər bir işçiyə hər iş həftəsinin 1 gün əmək haqqısı saxlanılmaqla iş axtarmasına imkan yaradılmışdır. Buna görə də Tərtər Su X2 İdarəsində çalışan işçilərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmaları məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X6 Su Meliorasiya Xidməti X29 Tərtər Su X2 İdarəsi üzrə xx.xx.2024-cü il 341 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən görünür ki, idarənin nəzarətçisi X15 ilə bağlanmış əmək müqaviləsi “X21 Xidməti” X26 Tərtər Su X2 İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublkası Əmək Məcəlləsinin 77ci maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş, X12 Azərbaycan Respublkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən Tərtər Su X2 İdarəsində 3 il 4 ay əmək haqqı stajı olduğuna görə orta aylıq əmək haqqının ¼ misli miqdarında işdən çıxarma müavinəti verilməsi, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 29 təqvim günü pul əvəzi ödənilməsi, X3 haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi iqtisadiyyat və uçot şöbəsinə həvalə edilməsi əmrləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Dövlət Su X6 Su Meliorasiya Xidməti X29 Tərtər Su X2 İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, “X21 Xidməti” X26 Tərtər Su X2 İdarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublkası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən X15ilə bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən ləğv edilmişdir. X12 əmək qanunvericiliyinə uyğun olaraq hesablanmış son haqq-hesab, müəssisənin əmək haqqı fondunda vəsait olmadığı üçün xx.xx.2024-cü il tarixdə əmək haqqı kartına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Yanında Dövlət Xəzinədarlıq Agentliyinin 16 saylı Regional Xəzinədarlıq İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Tərtər Su X2 İdarəsi mərkəzi büdcədən maliyələşən təşkilat kimi, 263500-“dövlət adından yaradılan X29lərə ödənişlər” maddəsindən müliyyələşdiyi üçün, 211100 – “ştatda olan işçilərin əmək haqqısı” xərc maddəsi mövcud olmamışdır. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin səlahiyyətli nümayəndəsinin izahatını dinləyərək və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Məhkəmə, X22 iş üzrə qərardan verilən şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Qarabağ regional şöbəsinin 28 aprel 2025-ci il tarixli MN ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən, Tərtər Su X2 İdarəsinin rəisi X19 barəsində inzibati tənbeh tətbiq edilmiş və 700 manat məbləğində cərimə edilmişdir. Belə ki, X15 həmin İdarədə nəzarətçi işləmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi rəhbər tutularaq 21 oktyabr 2024-cü il tarixdə xitam verilmişdir. Həmin vaxt Tərtər Su X2 İdarəsi tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə qanunvericilik normalarına tam əməl edilmiş və hər hansı pozuntu törədilməmişdir. Məhkəmə iclasında izahat vermiş iddiaçının səlahiyyətli nümayəndəsi X16 göstərmişdir ki, X3 haqq-hüsabın vaxtında ödənilməməsini Tərtər Su X2 İdarəsin asılı olmayan səbəblərdən baş vermişdir. Belə İdarə dövlət büdcəsindən maliyyələşən təşkilatdır. İşçilərin əmək haqqısı dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına ödənilir. Elvin Səfərlinin əmək fəaliyyətinə xitam verildiyi dövrdə İdarənin bank hesabında maliyyə vəsaiti olmamış, bununla da Əmək Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada və vaxtda son haqq-hesabın ödənilməsi mümkün olmamışdır. Bu hal X18 Xidmətinin Qarabağ Regional Şəbəsi tərəfindən düzgün qiymətləndirilməmiş və Murad Zeynalov barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Odur ki, Murad Zeynalovun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi üzrə qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində X22 iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs X22 protokol tərtib edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən X22 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. X22 protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində X22 iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində X22 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində X22 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə X22 iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində X22 iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə X22 protokolun surəti verilir. X22 iş üzrə zərər çəkmiş şəxsin də X22 protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində X22 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində X22 iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində X22 iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bunlarla yanaşı Həmin Məcəllənin 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində X22 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X22 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Tərtər Su X2 İdarəsi X15 ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublkası Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən xx.xx.2024-cü il tarixdən ləğv edilmiş və İdarə tərəfindən işdən azad olunarkən son haqq-hesabı həmin gün hesablanmış, lakin onun son haqq-hesabının ödənilməsinin mümkün olmamasını İdarənmin əmək haqqı fondunda maliyyə vəsaiti olmaması ilə əlaqələndirmişdir. Bununla da X12 ödənilməli son haqq-hesab həmin günü ödənilməli olduğu halda, Tərtər Su X2 İdarəsi tərəfindən ödənilməmiş və Əmək Məcəlləsinin 83.2-ci və 172.4-cü maddəsinin imperativ normalarının kobud surətdə pozulması subut olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsini 1-ci bəndinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəlləsinin 83-cü maddəsini 2-ci bəndinə əsasən elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Həmin Məcəlləsinin 83-cü maddəsini 3-cü bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəlləsinin 83-cü maddəsini 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Həmin Məcəllənin 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə-vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi şikayətçi tərəf Əmək Məcəlləsinin yuxarıda qeyd edilən normalarında istisna halların nəzərdə tutulmadığına diqqət yetirməmiş, X12 ödənilməli son haqq-hesabın ödənilməməsini İdarədən asılı olmayan səbəb kimi göstərmiş, İdarənin rəisinin əməlində İXM-in 192.4-cü maddəsinin tərkibinin olmamasını və onun inzibati mısuliyyətə cəlb olunmalı olmadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2 və 172.4-cü maddələrinin tələblərinə görə müvafiq son haqq-hesab işçinin işdən çıxsıdğı gün və ya son iş günü ödənilməli olduğu halda ödənilməməsi, qanun pozuntusu olmaqla, həmin pozuntunu törətmiş şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunması üçün əsasdır. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən X22 iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə şikayət vermiş şəxsin səlahiyyətli nümayəndəsini izahatını dinlədikdən sonra, verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul olunmuş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Tərtər Su X2 İdarəsinin rəisi X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qarabağ regional şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən Tərtər Su X2 İdarəsinin rəisi X11 şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Tərtər Su X2 İdarəsinin rəisi X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qarabağ regional şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Qarabağ regional şöbəsinin rəisi X8 tərəfindən qəbul olunmuş 28 aprel 2025-ci il tarixli X22 MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar