Məhkəmə qərarları › İş №3(061)-618/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-618/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-618/2025 08.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati material üzrə protokol tərtib edən şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs işdirakı ilə xx.xx.1980-ci ildə Tərtər rayonun Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə görə məhkum olunmamış, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonu Qapanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: 08 sentyabr 2025-ci il tarixdə saat təxminən 13:17 radələrində Şəxs ilə izahatının alınması məqsədi ilə telefonla əlaqə saxlanılaraq RPŞ-nə dəvət edilən zaman ”siz kimsiniz məni şöbəyə cağırırsınız” deyərək RPŞ-nə gəlməkdən qəti imtina etmişdir. Məhkəmə iclası zamanı Şəxs özünü ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol üzrə təqsirli bilmədi və göstərdi ki, həftənin 6cı günü, yəni 06 sentyabr 2025-ci il tarixdə saat 18:00 radələrində adını bilmədiyi özünü polis əməkdaşı kimi təqdim edən şəxs onun şəxsi mobil telefonuna zəng edərək barəsində olan materialla bağlı polis şöbəsinə gəlməsini bildirmişdir. O da həmin şəxsin Tərtər RPŞ-in əməkdaşının olmasını bilmədiyindən, adı ona tanış gəlmədiyindən həmin şəxsə bildirmişdir ki, “mən sizi tanımadım, siz kimsiniz mənə zəng vurmusunuz” demişdir. Sonradan həmin şəxsin kimliyini müəyyən etmək üçün Tərtər RPŞ-in polis zabiti Ruslan adlı şəxsdən həmin polis əməkdaşını soruşanda ona gənc polis əməkdaşı olduğunu deyəndən sonra həmin şəxsə zəng edib, ondan üzr istəyib, həmin polis əməkdaşından özünün xəstə olmasını bildirib və nə zaman gəlmək lazım olduğunu soruşanda ona artıq həmin gün yox, həftənin 1-ci günü gəlməsini bildirmişdir. O, da həftənin birinci günü yəni bu gün 08 sentyabr 2025-ci il tarixdə saat təxminən 10:00 radələrində polis şöbəsinə getmişdir. Onun barəsində protokol tərtib olunmuş, buna baxmayaraq onun hansı əməli törətməsi barədə izahatı alınmamışdır. Hesab edir ki, onun əməlində barəsində tərtib olunmuş protokol əsasında AR İXM-in 535.1-ci maddəsinin tərkibi yoxdur. Buna baxmayaraq polis əməkdaşının telefon vasitəsi ilə polis şöbəsinə xəstəliyi ilıə əlaqədar gedə bilmədiyinə görə peşmandır. Ona görə də məhkəmədən ədalət naminə onun ağır xəstəliyini, çənə sümüyünün qırılmasını, mədə-bağırsağında ciddi probleminin olmasını nəzərə alıb ona köməklik olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Tərtər RPŞ-in İTB-in sahə rəisi X3 izahatında göstərmişdir ki, Şəxs kənd sakini olaraq narahat adam kimi tanımışdır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, Şəxs barəsində ona təqdim olunmuş raport və material əsasında protokol tərtib etmişdir. Şəxs barəsində protokol tərtib edən zaman protokola imza etmişdir. Polis əməkdaşı İlkin Abbasov eyni zamanda onu da qeyd etmişdir ki, ona təqdim olunmuş raport əsasında protokolu tərtib etmişdir. Təsdiq edir ki, həqiqətən də 08 sentyabr 2025-ci il tarixdə saat təxminən 13:17 radələrində Şəxs ilə izahatının alınması məqsədi ilə telefonla əlaqə saxlanılaraq RPŞ-nə dəvət edilən zaman ”siz kimsiniz məni şöbəyə cağırırsınız” deyərək RPŞ-nə gəlməkdən qəti imtina etmişdir. Ona görə də Şəxs barəsində tərtib etdiyi protokolu qanuni hesab edərək, onun barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in İTB-in sahə rəisi X4 izahatında göstərmişdir ki, Şəxs əvvəllər barəsində olan şikayətlə bağlı bir-iki dəfə görmüşdür, barəsində raport tərtib edən vaxtdan tanıyır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, xx.xx.2025-ci il tarixdə saat 13:17 radələrində icraatında olan materialın icrası ilə əlaqədar Tərtər rayonu Qapanlı kənd sakini Şəxs ilə izahatın alınması məqsədilə telefon vasitəsilə əlaqə saxlayan zaman onu RPŞ-nə dəvət etmişdir. Lakin həmin şəxs telefon vasitəsilə onunla kobud danışaraq RPŞ-ə gəlməkdən imtina etmiş və “sən kimsənki, məni şöbəyə çağırırsan” ifadəsini işlədərək onun qanuni tələbinə qəsdən tabe olmayaraq RPŞ-nə gəlməkdən imtina etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını, şahid ifadəsini, habelə digər iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan MN № ******* saylıİnzibati Xəta Haqqında protokoldan görünür ki, 08 sentyabr 2025-ci il tarixdə saat təxminən 13:17 radələrində Şəxs ilə izahatının alınması məqsədi ilə telefonla əlaqə saxlanılaraq RPŞ-nə dəvət edilən zaman ”siz kimsiniz məni şöbəyə cağırırsınız” deyərək RPŞ-nə gəlməkdən qəti imtina etmişdir. İşmateriallarına əlavə olunmuş Tərtər RPŞ-in İTB-nin sahə rəisi Nail Cəfərli tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 13:17 radələrində icraatında olan materialın icrası ilə əlaqədar Tərtər rayonu Qapanlı kənd sakini Şəxs ilə izahatın alınması məqsədilə telefon vasitəsilə əlaqə saxlayan zaman onu RPŞ-nə dəvət etmişdir. Lakin həmin şəxs telefon vasitəsilə onunla kobud danışaraq RPŞ-ə gəlməkdən imtina etmiş və “sən kimsənki, məni şöbəyə çağırırsan” ifadəsini işlədərək onun qanuni tələbinə qəsdən tabe olmayaraq RPŞ-nə gəlməkdən imtina etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinin tələblərini pozması və inzibati xəta törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, iş materialları, yəni kifayət qədər mötəbər sübutlarla, özünün və şahid ifadələri ilə təkzib edilmişdir. Bu hal isə Şəxs əməlində inzibati məsuliyyətin olmasını istisna edir. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar, barəsində protokol tərtib edilmiş Şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində həmin inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13-cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Bununla da məhkəmə belə inamlı nəticəyə gəlir ki, Şəxs əməlində inzibati xəta tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar