Məhkəmə qərarları › İş №3(061)-619/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №3(061)-619/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3(061)-619/2025 09.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Mən, Tərtər Rayon Məhkəməsinin hakimi X2, X4 tərəfindən xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayəti və əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: Tərtər Rayon Məhkəməsinin icraatına X1 barəsində Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati tənbehvermə haqqında Qərardan verilmiş şikayət daxil olmuşdur. Məhkəmə, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər baxılmadan X3 geri qaytarılmalıdır. Belə ki, material yalnız verilmiş şikayət Ərizəsi, şikayət verən şəxsin şəxsiyyətini təsdiq edən sənəddən, etibarnamədən və tərtib edilmiş inzibati tənbehvermə haqqında qərarla bağlı e-polis elektron xidmətlər portalından çıxarışdan ibarətdir. İş materiallarına barəsində şikayət verilən inzibati tənbehvermə haqqında Qərarın surəti, onun rəsmi alınmasını təsdiq edən sənədlərin surətləri əlavə edilməmişdir. Belə olan halda məhkəmə təqdim edilmiş materialları natamam hesab edir. Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin mahiyyətindən görünür ki, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcudluğu araşdırılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 132, 109.1.6-cı maddələrini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə inzibati tənbehvermə haqqında Qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayət vermiş şəxsə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar