Məhkəmə qərarları › İş №3(061)-623/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-623/2025

09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-623/2025 09.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2004-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Bərdə rayonu Mirzalıbəyli kəndində qeydiyyatda olmaqla, Tərtər şəhəri Sabir küçəsində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 08 sentyabr 2025-ci il tarixdə saat təxminən 22:00 radələrində Tərtər şəhəri Nizami küçəsində qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitədən istifadə edir. 08 sentyabr 2025-ci il tarixdə təxminən saat 14 radələrində Tərtər şəhəri M.F.Axundov küçəsində yolun kənarında “kakos” adlanan narkotik vasitə tapmışdır. Əvvəllər də narkotik vasitə istifadə etdiyindən həmin tapdığı əşyanın narkotik olduğunu anlamış, daha sonra həmin ərazidə olan köhnə tikiliyə getmişdir. Kakousu ampulada qaynatmış və ineksiya yolu ilə sol qolundan venasına köçürtmüşdür. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və narkotik vasitələrinin istifadəsində şübhəli olduğundan onu RPŞ-nə dəvət etmişlər. O, narkotik vasitə istifadə etdiyinə görə əməlindən peşmandır. Bir daha bu cür hallara yol verməyəcəyinə söz verərək məhkəmədən barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs əvvəllər tanımamışdır, barəsində protokol tərtib edən vaxtdan tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, Şəxs 08 sentyabr 2025-ci il tarixdə saat təxminən 22:00 radələrində Tərtər şəhəri Nizami küçəsində qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Tərtər rayon Polis Şöbəsinə gətirilmişdir. Ona təqdim olunmuş raport əsasında polis şöbəsində onun tərəfindən Şəxs barəsində protokol tərtib edilmiş, Şəxs özünü səmimi aparmış, protokola imza etmiş və izahatı alınmışdır. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 22 radələrində Tərtər RPŞ-in İTB-in sahə rəisi Kənan Şükürov ilə birlikdə rayon ərazisində hüquqpozmalara qarşı keçirilmiş profilaktik tədbirlər zamanı adı onlara sonradan məlum olan Bərdə rayonu Mirzalıbəyli kəndində qeydiyyatda olmaq Tərtər şəhəri Sabir küçəsində yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlakında şübhəli olması tərəflərindən müəyyən edilmiş və sonuncu izahatının alınması məqsədilə RPŞ-nə aparmışlar. Şəxs barəsində qanuni tədbir görülməsindən ötrü rəhbərliyə raportla müraciət etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 08 sentyabr 2025-ci il tarixdə saat təxminən 22:00 radələrində Tərtər şəhəri Nizami küçəsində qanunsuz olaraq narkotik vasitəni istehlak etmişdir. İşdə olan X5 Haqqında 08 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 08 sentyabr 2025-ci il tarixdən saat 23:20-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə: üç yüz manatdan 400 manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanın törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 08 sentyabr 2025-ci il tarixdən saat 23:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar