Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-632/2025 10.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı elektron qərarından verdiyi şikayətə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində cərimə olunması qərara alınmışdır. X5 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Şikayət verən X5 xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edərək izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Mingəçevir şəhərində sökülən zavodun dəmirlərini özünə məxsus “Kamaz” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə yükləyib Hacıqabul şəhərinə yola düşmüşdür. Yükləmə yerində “X11” şirkətinə məxsus tərəzidə avtomobili yük altında çəkilmiş və avtomobilin yüklə birlikdə çəkisinin 39160 kq olduğu müəyyən edilmiş və bu barədə ona qaimə verilmişdir. Hərəkətdə olarkən “Stansiya Mingəçevir” ərazisndə dövlət tərəfindən yollara nəzarət üçün quraşdırılmış elektron tərəzidən keçmiş, lakin ordan keçərkən artıq yük olması müəyyən edilməmişdir. Ucar rayonu ərazsində yerləşən yollara nəzarət elektron tərəzisindən keçərkən yük maşının çəkisinin yüklə birlikdə 40000 kq qarşı 42740 kq olduğu müəyyən edilərək elektron qaydada xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı qərar qəbul edilərək barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. Yükü təyinatı üzrə çatdırdığı ünvanda da yük maşınının boş və dolu çəkisi çəkilərək Kamazın boş çəkisinin 18600 kq, dolu çəkisinin isə 39250 kq olduğu müəyyən edilmişdir. Apardığı yükün 01 tonu 500 manatdır. Həmin inzibati qərarda yükün 2 tondan çox artıq olduğu göstərilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, heç bir satıcı şirkət yükün çəkisini bu qədər miqdarda az olmasını göstərərək özünə ziyanlıq etməz. Qeyd olunanlara əsasən hesab edir ki, sözügedən qərar əsassız və qanunsuzdur. Ona görə də barəsində Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan DİN-nin DYP Veb Portalından çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı İnzibati tənbeh vermə haqqında Elektron qərarın surətindən görünür ki, X5 idarə etdiyi «Kamaz 5410» yük markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə xx.xx.2025-ci il tarixdə saat 18:49:30-da Ucar rayonu, Alpout kəndi, Bakı istiqamətində hərəkətdə olarkən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrərinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi” qaydasını pozduğu üçün xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı inzibati xəta haqqında protokola əsasən onun Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati tənbeh növündə cərimə edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən çəkilmiş elektron görüntüdən görünür ki, «Kamaz 5410» yük markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə xx.xx.2025-ci il tarixdə saat 18:49:30-da Ucar rayonu, Alpout kəndi, Bakı istiqamətində hərəkətdə olarkən, yük avtomobilinin yüklə birlikdə maksimum kütləsinin 40000 kq olmalı olduğu halda 42740 kq, yəni 2740 kq artıq olduğu müəyyən olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli elektron olmayan “Yol-Nəqliyyat Qaiəməsindən” görünür ki, X5 «Kamaz 5410» yük markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə “X11” şirkətinə məxsus Mingəçevir şəhər filialının tərəzisində yükün çəkisini müəyyən etmək üçün həmin qaiməni almışdır. İşdə olan “X11” şirkətinə məxsus xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X2 «Kamaz 5410» yük markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin boş çəkisi 18440 kq, dolu çəkisi isə 39160 kq müəyyən olunmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli “Tərəzi Qəbzindən” görünür ki, X4 məxsus «Kamaz 5410» yük markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin boş çəkisi 18600 kq, dolu çəkisi isə 39250 kq müəyyən olunmuşdur. İşdə olan “X6” ASC-nin sədri X3, baş mühasib X1 və sürücü X2 iştirakı ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli “Təhvil-Təslim aktından” görünür ki, S-M 25.05/1 saylı xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən 20720 kq qara metal tullantıları X12 Metalın Mingəçevir şöbəsinin tərəzisində çəkilməsi üçün təhvil-təslim edilmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı qərardan şikayət verən şəxsin izahatından, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, X5 idarə etdiyi « Kamaz 5410 » yük markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı yük maşını ilə xx.xx.2025-ci il tarixdə saat 18:49:30-da Ucar rayonu, Alpout kəndi, Bakı istiqamətində hərəkətdə olarkən “İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrərinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi” qaydasını pozmuşdur. Həmin inzibati xətaya görə tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı inzibati xəta haqqında protokol əsasında, o, Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə təqqsirli bilinmiş və onun 600 manat məbləğində inzibati tənbeh növündə cərimə edilməsi qərara alınmışdır. Məhkəmə araşdırması zamanı X5 məhkəmə iclasında “Stansiya Mingəçevir” ərazisndə dövlət tərəfindən yollara nəzarət üçün quraşdırılmış elektron tərəzidən keçdiyini, lakin həmin vaxt artıq yük olmasının müəyyən edilmədiyini bildirərək, buna dair sübutu məhkəməyə təqdim edəcəyini bildirərək məhkəmə iclasıının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası təxirə salınaraq xx.xx.2025-ci il tarixə təyin olunsa da, X5 məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının gedişində onunla telefon əlaqəsi saxlanıldıqda, o, hər hansı bir sübut əldə edə bilmədiyini və məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən çəkilmiş elektron görüntünü daha mötəbər hesab edərək belə nəticəyə gəlir ki, X2 əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə töfsif edilmişdir. Ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında iş materiallarına əsasən sübut olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır. X2 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilənərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı qərarından inzibati xəta haqqında qərar qanuni olduğundan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 130 və 137.2-ci maddələrini rəhbər tutatarq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 30426847 saylı elektron qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(061)-632/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-632/2025
10.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver