Məhkəmə qərarları › İş №3(061)-638/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-638/2025

17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-638/2025 17.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Hacıqərvənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 12 sentyabr 2025-ci il tarixdə saat 13 radələrində Tərtər rayonu Hacıqərvənd kənd ərazisində MİHO-dan xüsusi izcazə olmadan qanunsuz olaraq bir ədəd “Churchill” markalı,12 kalibrli, 11207433 nömrəli ov silahını saxlamış və daşımışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta haqqında material üzrə təqsirli bilərək göstərmişdir ki, yeznəsi X1 təxminən 3 ay bundan əvvəl sahəsində olan günəbaxan toxumlarını quşlardan qorumaq məqsədilə ona məxsus olan “Churchill” markalı, 12 kalibrli, 11207433 nömrəli ov silahını istəmişdir. Bəhruz da silahı ona vermişdir. 12 sentyabr 2025-ci il tarixdə polis əməkdaşları onun yaşadığı ünvana yaxınlaşaraq özlərini təqdim edərək, ona istifadəsində olan silaha müvafiq icazəsinin olmamasını bildirmişlər. Müvafiq icazə olmadan slahın saxlanılmasına görə əməlindən peşman olmasını göstərmiş və məhkəmədən onun barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında protokolu tərtib edən şəxs Cəfərli nail İlham oğlu izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əvvəllər tanımamış, protokol tərtib etdiyi vaxtdan tanıyır, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Protokol Şəxs iştirakı ilə tərtib olunmuş, şəxsən imza etmiş, əməlini səmimi etiraf etmiş, könüllü izahat vermişdir. Əməlindən peşman olmasını bildirmişdir. İş materiallarından görünür ki, bir ədəd “Churchill” markalı,12 kalibrli, 11207433 nömrəli ov silahı maddi sübut kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddı Texniki Təminat Baş İdarəsinin silah sursat anbarına təhvil verilməsi üçün götürülmüş, hazırda Tərtər RPŞ-də saxlanılmışdır. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 12 sentyabr 2025-ci il tarixdə saat 13 radələrində Tərtər rayonu Hacıqərvənd kənd ərazisində MİHO-dan xüsusi izcazə olmadan qanunsuz olaraq bir ədəd “Churchill” markalı,12 kalibrli, 11207433 nömrəli ov silahnı saxlamış və daşımışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, törədilmiş xətanın xarakterini, ailə vəziyyətini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Tərtər RPŞ-də saxlanılan bir ədəd “Churchill” markalı,12 kalibrli, 11207433 nömrəli ov silahı müsadirə edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddı Texniki Təminat Baş İdarəsinin silah sursat anbarına təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Tərtər RPŞ-də saxlanılan bir ədəd “Churchill” markalı,12 kalibrli, 11207433 nömrəli ov silahı müsadirə edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddı Texniki Təminat Baş İdarəsinin silah sursat anbarına təhvil verilsin. Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə və Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar