Məhkəmə qərarları › İş №3(061)-642/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-642/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-642/2025 18.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 17 sentyabr 2025-ci il tarixdə saat 11:30 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 17 sentyabr 2025-ci il tarixdə saat 11:30 radələrində Tərtər RPŞ-in inzibati binasına dəvət olunduğundan ani olaraq əsəbləşib ucadan nalayiq ifadələr işlətmişdir. Hazırda əməlindən peşman olduğunu, himayəsində 40 günlük körpə uşağının, xəstə atasının olmasını, bir daha bu cür hallara yol verməyəcəyini nəzərə alıb məhkəmədən barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdiyinə görə tanımışdır, onunla qohumluğu və ədavəti yoxdur. Tərtib etdiyi inzibati protokolu qanuni və əsaslı hesab etmişdir. Həqiqətən də Şəxs 17 sentyabr 2025-ci il tarixdə saat 11:30 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. 17 sentyabr 2025-ci il tarixdə saat 11:30 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Barəsində protokol tərtib olunan zaman və izahatı alınan zaman ilkin olaraq özünü təqsirli bilməsə də sonradan özünü səmimi aparmış, əməlini etiraf etmişdir. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 17 sentyabr 2025-ci il tarixdə saat 11:30 radələrində Tərtər RPŞ-in inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar