Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-644/2025 18.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru X1, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Yevlax rayonunun Qaramanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Yevlax rayonunun Qaramanlı kəndində yaşayan Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 18 sentyabr 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Tərtər rayon Xoruzlu kəndində idarə etdiyi VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı abtomobillə hərəkətdə olarkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan, yəni Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan hərəkətləri etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru X2 izahatında bildirmişdir ki, sürücü Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Tərtər rayon Xoruzlu kəndində idarə etdiyi VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı abtomobillə hərəkətdə olarkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan hərəkətlər etmişdir. Hadisəni görən Tərtər RPŞ-nın PPX-nin əməkdaşı idarə etdiyi xidməti avtomobilin səsgücləndiricisi ilə sürücüyə dəfələrlə xəbərdarlıq edərək təhlükəli hərəkətlər etdiyini və hərəkətini dayandırmasını tələb etsə də, sürücü buna məhəl qoymayaraq PPX-nin əməkdaşı idarə etdiyi xidməti avtomobilin qarşısında belə qəza şəraiti yaratmaqla iti kəsici buşaq altında təhlükəli manevr edərək uzaqlaşmışdır. Bu barədə videogörüntülər vardır. Axtarış nəticəsində həmin sürücü Şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Tərtər rayon Polis Şöbəsinə gətirilmişdir. İzahatı alındıqdan sonra onun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinin tərkibi olduğu üçün barəsində xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs disminddə dindirilən Şəxs izahatında bildirmişdir ki, VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı abtomobili etibarnamə əsasında idarə edir. Doğrudur xx.xx.2025-ci il tarixdə, saat 19:0 radələrində Tərtər rayon Xoruzlu kəndində idarə etdiyi VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı abtomobillə hərəkətdə olarkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə sürmuş və təhlüləli şərait yaratmışdır. Bunu uşağı xəstə olduğu üçün tələsidiyindən etmişdir. Hazırda səhvini başa düşür. Bir də belə hallara yol verməyəcəkdir. İşdə olan Tərtər rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Tərtər rayon Xoruzlu kəndində idarə etdiyi VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı abtomobillə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan inzibati xəta törətmiş Şəxs tərəfindən Tərtər rayon Polis Şöbəsində verilmiş xx.xx.2025-ci il tarixli yazılı izahatların məzmunundan görünür ki, o, məhkəmə iclasında verdiyi izahatın məzmununa uyğun izahat vermişlər. Məhkəmə iclasında Tərtər rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru X1 məhkəməyə təqdim etdiyi mobil telefonda olan videogörüntüdən görünür ki, sürücü VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı abtomobillə hərəkətdə olarkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə sürmuş və təhlüləli şərait yaratmışdır. PPX-nın əməkdaşı səsgücləndirici vasitəsi ilə xəbərdarlıq etsə də, sürücü buna məhəl qoymayaraq PPX-nin əməkdaşı idarə etdiyi xidməti avtomobilin qarşısında belə qəza şəraiti yaratmaqla iti kəsici buşaq altında təhlükəli manevr edərək uzaqlaşmışdır. Şəxs həmin sürücünün özü olduğunu məhkəmə iclasında təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı inzibati xəta haqqında protokolu tərtib edən Tərtər rayon Polis Şöbəsinin YPX-nin baş inspektoru X1, inzibati xəta törətmiş şəxsin izahatları, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında protokol və işin digər materialları ilə müəyyən olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Tərtər rayon Xoruzlu kəndində idarə etdiyi VAZ 21013 markalı, ** BH *** dövlət qeydiyyat nişanlı abtomobillə hərəkətdə olarkən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına səbəb olan hərəkətlər etmişdir. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə sürücü nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 16.1-ci maddəsinə görə inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs törətmiş olduğu inzibati xətanı etiraf etməsini və əməlindən peşiman olmasını bildirməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə inzibati xəta haqqında iş materallarını araşdıraraq, işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq və yuxarıda istinad olunan qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla həbs növündə inzibati tənbeh tətbiq edilməli və məhkəmə iclas zalından həbs alınmalıdır. Məhkəmə həmçinin qeyd etməyi lazım bilir ki, Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda həm də onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədildiyi göstərilsə də Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən həmin inzibati xətaya məhkəmədə baxılmalı olmadığından məhkəmə həmin əməl üzrə hüquqi dəyərləndirrmə aparmamışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 128-130, 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3cü maddəsi ilə təqsirli bilinərək, barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın və həbsin əvvəli 18 sentyabr 2025-ci il tarixdən saat 19:08-dən hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Tahir Qubadov
Məhkəmə qərarları › İş №3(061)-644/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-644/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver