Məhkəmə qərarları › İş №3(061)-646/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-646/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-646/2025 18.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, İnzibati protokolu tərtib etmiş şəxs X3 iştirakları ilə xx xxx 1999-cu ildə Tərtər rayonun Evoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işləməyən, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Bərdə şəhəri H.Əliyev prospektində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 17 sentyabr 2025-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 18 sentyabr 2025-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq xx.xx.2018-ci il təvəllüdlü övladı X2 yanında tütün məmulatlarından istifadə etmiş və əxlaqsızlığı təbliğ etmişdir. Heç bir yerdə işləmir, öz bədənini satmaqla özünü və uşağını dolandırır. Hazırda əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əvvəllər tanımamış, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur, onu barəsində protokol tərtib etdiyi vaxtdan tanıyır. Təsdiq edir ki, Şəxs 17 sentyabr 2025-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in İTB-in polis sahə rəisi X1 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əvvəllər tanımamış, onunla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur, onu barəsində raport tərtib etdiyi vaxtdan tanıyır. Belə ki, xx.xx.2025-ci il tarixdə saat təxminən saat 02 radələrində Tərtər rayonun Çardaqlı kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri H.Əliyev prospektində yaşayan Şəxs “Tik- Tok” sosial şəbəkəsində canlı yayım açaraq xx.xx.2018-ci il təvəllüdlü övladı X2 yanında tütün məmulatlarından istifadə etmiş və əxlaqsızlığı təbliğ etməklə “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Odur ki, Şəxs barəsində qanuni tədbir görülməsi üçün Tərtər RPŞ-in rəhbərliyinə raportla müraciət etmişdir. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 17 sentyabr 2025-ci il tarixdə “Tik-Tok” sosial şəbəkəsində canlı yayım açaraq “informasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 600 (altı) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar