Məhkəmə qərarları › İş №3(061)-648/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-648/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-648/2025 28.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, X1 iştirakı ilə X3 barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli, EQ 30744162 nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnikleytenant Elvin Abdullazadə tərəfindən tətib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abdullazadə tərəfindən 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Həmin qərardan görünür ki, guya o, xx.xx.2025-ci il tarixdə saat 12:41:10-da Tərtər şəhəri, H.Əliyev prospekti 55 ərazidə “Mersedes Benz C200 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Lakin barəsində tərtib edilmiş protokol ona verilməmişdir. Hesab edir ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abdullazadə tərəfindən tətib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanun pozuntusuna yol verilməklə tərtib edildiyi üçün ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Belə ki, qərarın çıxarılmasına əsas olmuş protokol tərtib edilərkən ona lazımi məlumat verilməmiş və ona ptorokolu oxuyub imza etmək hüququ da izah olunmamış, ən nəhayət həmin protokolun surəti ona təqdim edilməmişdir. Bundan əlavə, o, avtomobildən düşmədiyi və oturduğu halda avtomobilə yaxınlaşıb cərimə yazılması qanunsuzdur. Bu faktı təsdiq edən nə şəkil, nə də videogörüntü olmamışdır. Bu hallar bir daha göstərmişdir ki, barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qanun pozuntusuna yol verilməklə tərtib edildiyi üçün ləğv edilməli və inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunan normaların birgə təhlilindən çıxan nəticə ondan ibarətdir ki, o, inzibati xəta törədilməsində təqsirli hesab edilmir və onun təqsirini bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmir və bu səbəbdən də o, təqsiri hesab edilmir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs özünün təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunması şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bundan əlavə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi tərəfindən tərtib olunmuş 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilərkən iş üzrə icraat aparılan şəxs kimi onun fərdi idenifikasiya nömrəsini qeyd etməməklə Azərbaycan Respublikası İXM-in 100.2.3-cü, inzibati xətanın törədildiyi vaxtı qeyd etməməklə Azərbaycan Respublikası İXM-in 100.1.4-cü, şahidlərin və zərərçəkmiş şəxsləri qeyd etməməklə Azərbaycan Respublikası İXM-in 100.1.6-cı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs kimi onun izahatını qeyd etməməklə Azərbaycan Respublikası İXM-in 100.1.7-ci, inzibati xətanın törədilməsi nəticəsində sağlamlığına yüngül zərər vurulmuş və ya maddi zərər yetirilmiş şəxs vardırsa, bu hallar barədə qeydlər etməməklə Azərbaycan Respublikası İXM-in 100.1.9-cu, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatları qeyd etməməklə Azərbaycan Respublikası İXM-in 100.1.10-cu, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs kimi bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla Azərbaycan Respublikası İXM-in 100.2-ci, barəsində iznzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs kimi inzibati xəta haqqında protokolun surətini dərhal verməməklə Azərbaycan Respublikası İXM-in 100.3-cü, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs kimi protokolu imzalamaqdan imtina etdiyi barədə protokolda müvafiq qeyd aparmağa və izahatlar yazmağa və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etməyə, habelə protokolu imzalamaqdan imtina etməəsinin səbəblərini göstərməyə imkan verməməklə Azərbaycan Respublikası İXM-in 100.4-cü, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokolu tərtib etməməklə Azərbaycan Respublikası İXM-in 101.1-ci, inzibati xəta haqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib etməməklə Azərbaycan Respublikası İXMin 101.2-ci maddələrinin tələblərini pozmuşdur. Bu hallar da həmin protokolun və qərarın qanunsuz olduğunu və onun inzibati xəta törətmədiyini təsdiqləyir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada süuta yetmədikdə və bu, inzibati xəta haqında iş üzrə icraata baxmış hakimin, cəkahiyyətli orqanın qüvvəyə minmiş qərarı ilə müəyyən efilmədikdə o, təqsirsiz hesab edilir. Qeyd olunan maddələrin təhlilindən belə qənaətə gəlmək olar ki, protokol və digər sənədlərin düzgün tərtib olunmamasının, yaxud təqdim edilmiş materialların natamam olmasının elə halları mövcud ola bilər ki, hakim belə qüsurlu protokola ümumiyyətlə mahiyyəti üzrə baxa bilməsin. Məsələn protoklda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumatın, o cümlədən vətəndaşın frdi indetifikasiya nömrəsinin göstərilməməsi həmin protokola baxılmasını mümkünsüz edə bilər. Bu halda hakim protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə əsaslandırılmış qərardad qəbul etməkdə haqlıdır. Şikayətin icraata qəbul edilməsinin mümkünlüyü ilə bağlı bildirmişdir ki, o, hazırki qərarın surətini xx.xx.2025-ci il tarixdə əldə etdiyi üçün həmin qərardan şikayət verilmə müddəti buraxılmamışdır və ona görə də bu şikayət icraata qəbul edilərək baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abdullazadə tərəfindən tətib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibatı xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında göstərmişdir ki, avtomobili həmin yerdə bir anlığa saxlamış, arxadan çəkib getmişlər. Virtual çəkiliş olmalıdır, yəni sağdan, soldan çəkiliş olmalıdır. Bunların heç biri olmamış, yalnız arxadan çəkilmişdir. Vaxtında məlumatı olmadığı üçün cəriməni vaxtında ödəmiş olsaydı 70 manat ödəmiş olardı. Lakin hazırki vaxta qədər onun 100 manat xərci çıxmışdır. O, yenə şikayətçidir. Ona qaydasız cərimə yazılmışdır. Cəriməni ödəməmişdir. Orda dayanma, durma işarəsi olmamışdır. Bir anlıq özü avtomobilin içərisində olaraq avtomobili dayandırmış və avtomobildən uşaq düşüb getmiş, sonra özü avtomobili sürüb getmişdir. Belə vəziyyətdə o, avtomobilin içərisində olarkən avtomobili çəkməsi qanunsuzdur. Belə ki, o, avtomobili orada ikinci cərgədə saxlamış, söndürməmiş, uşaq avtomobildən düşüb getmişdir. Sadəcə olaraq arxadan şəkil çəkilmişdir ki, avtomobil dayanmışdır. Cərimə ödəməyə imkanı olmadığını, qərarın əsassız olduğunu və şikayətinin təmin edilməsini xahiş etmişdir. X2 eyni zamanda onu da qeyd etmişdir ki, o avtomobili ikinci cərgədə saxlamışdır. Səhvi odur ki, avtomobili ikinci cərgədə saxlamalı deyildi, ancaq bir anlığa saxlamış, uşaq düşüb getmiş, sonra o da maşını sürüb getmişdir. Barəsində şikayət verilmiş şəxsin məhkəmə iclasında iştirakının təmin edilməsi barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun məhkəmə iclasında iştirakı təmin edilməmiş, həmçinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş vəzifəli şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli EQ 30744162 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:41:10-da Tərtər şəhəri H.Əliyev prospekti 55-də idarə etdiyi “Mersedes Benz C200 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə mərkəzi informasiya sistemindən çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 12:41:10-da Tərtər şəhəri H.Əliyev prospekti 55-də idarə etdiyi “Mersedes Benz C200 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 80 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə saat 12:41:10-da Tərtər şəhəri, H.Əliyev prospektində Daxili İşlər Nazirliyinin DYP Web Portalından çıxarılmış fotoşəkillərdən görünür ki, X3 idarə etdiyi “Mersedes Benz C200 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin knarında ikinci cərgədə dayanmış, bununla Azərbaycan Respublikası İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə, barəsində qərar çıxarılmış şəxsin izahatını dinləyərək və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə, iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, X3 xx.xx.2025-ci il tarixdə saat 12:41:10-da Tərtər şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Mersedes Benz C 200 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yolun hərəkət hissəsinin kənarında ikinci cərgədə dayandığı müəyyən edildiyindən onun barəsində Azərbaycan Respublikası 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında qərar qəbul edilərək 80 manat cərimə edilmişdir. Göründüyü kimi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. X3 qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, özünün məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq edilmişdir. Belə ki, X4 məhkəmə iclasında verdiyi izahatında idarə etdiyi “Mersedes Benz C 200 minik” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yolun hərəkət hissəsində ikinci cərgədə saxladığını etiraf etmiş, lakin həmin yolda dayanma durma yol nişanı olmadığını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinin tələblərini pozmadığını bildirsə də bu barədə hər hansı bir sübutu şikayət ərizəsinə əlavə etməmişdir. Bununla yanaşı X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilmədiyini göstərmişdir. Məhkəmə X3 nəzərinə çatdırır ki, onun törətdiyi inzibati xəta xüsusi texniki vasitənin köməkliyi ilə aşkar edilmiş, qayda pozuntusu olduğundan inzibati xəta haqqında protokol tərtib olunmamış, dərhal onun həmin inzibati xətanı törətməsi haqqında elektron qaydada qərar qəbul edilmişdir. Eləcə də X4 avtomobili yolun hərəkət hissəsində ikinci cərgədə saxladığını, orada dayanma, durma nişanın olmadığını, avtomobildən düşmədiyini, avtomobildən uşağın düşdüyünü və sonra avtomibi sürüb getdiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində dayanma və ya durma qaydalarının pozulmasından bəhs edilir və həmin maddənin dispozisiyasında göstərilir ki, yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə-səksən manat məbləğində cərimə edilir. Maddənin tələbindən də göründüyü kimi sürücüyə idarə etdiyi avtomobilin içərisində olsa belə, yolun hərəkət hissəsində ikinci cərgədə saxlamasına icazə verilmir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X3 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin müəyyən etmişdir ki, inzibati xəta törətmiş şəxs X3 barəsində qəbul edilmiş EQ 30744162 nömrəli qərar qəbul edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Məhkəmə, həmçinin şikayətin dəlillərini araşdırarkən, müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati tənbeh vermə haqqında qərara baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmişdir. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abdullazadə tərəfindən tətib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzubati tənbeh vermə haqqında elektron Qərar əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X3 oğlunun şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57 və 110cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abdullazadə tərəfindən tətib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzibati tənbeh vermə haqqında elektron Qərar qəbul edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polkovnik-leytenant Elvin Abdullazadə tərəfindən tətib edilmiş 17 sentyabr 2025-ci il tarixli, EQ 30744162 nömrəli inzibati tənbeh vermə haqqında elektron Qərar dəyişdirilmədən saxlansın. Qərardan təqdim edildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar