Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-652/2025 07.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə barəsində tərtib olunmuş protokola Tərtər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 25 sentyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Tərtər rayonu Meyvə Tingliyi ərazisində yerləşən fermanın fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız axıdılması nəticəsində su obyektlərindən və sudan istifadə qaydalarını pozmuşdur. Bu Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs əməli barəsində tərtib olunmuş protokol, ona əlavə olunmuş sənədlər və iş materialları tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında izahat verən Şəxs bildirmişdir ki, Tərtər rayon Meyvə Tingliyi ərazisində ailə və uşaqlarını saxlamaq üçün istifadə olmayan (fermada) bir neçə heyvan saxlayır. Fermadan çıxan peyni çıxardaraq təsərrüfat sahiblərinə paylayır, tulantı suları isə fermanın ərazisinə axıdılır. Bunun nöqsan olduğunu bilməmişdir. Bu gundən belə qarşısını alacaqdır. Bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati material üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X2 Xidməti 7 saylı X5 rəsmi qaydada məlumat verilsə də heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər . Belə olan halda məhkəmə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X2 Xidməti 7 saylı X3 nümayəndəsinin iştirakları olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X2 Xidməti 7 saylı X6 protokolu onunla əsaslandırmışdır ki, Şəxs 25 sentyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Tərtər rayonu Meyvə Tingliyi ərazisində yerləşən fermanın fəaliyyəti zamanı formalaşan tullantı suların təyinatsız axıdılması nəticəsində su obyektlərindən və sudan istifadə qaydalarını pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Belə ki, protokola əlavə olunmuş Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X2 Xidməti 7 saylı X3 24 sentyabr 2025-ci il tarixli, 22 saylı sərəncamından görünür ki, həmin idarənin baş müfəttişi X4 və böyük məsləhətçi-müfəttiş X1 Tərtər rayon İnzibati ərazisi 3(üç) iş günü müddətində nəzarət tədbirləri keşirilməsinə sərəncam verilmişdir. İşdə olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların istifadəsinə və X2 Xidməti 7 saylı X3 25 sentyabr 2025-ci il tarixli, 001422 saylı Aktdan görünür ki, X10 Sistemlərinin İdarəsi tərəfindən 25 sentyabr 2025-ci il tarixdə ünvanlanmış məktubla müraciətinə əsasən Suların istifadəsinə və X2 Xidməti 7 saylı X6 tərəfindən 24 sentyabr 2025-ci il tarixdə 22 nömrəli sərəncamına əsasən xidməti ərazi üzrə Azərbaycan Respublikası “Su Məcəlləsi”-in“, “Sudan istifadə Qaydaları”nın və Suların istifadəsi və mühafizəsi sahəsində mövcud olan digər qanunvericilik aktlarının tələblərinə riayət edilməsinin araşdırılması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı Tərtər rayonu Meyvə Tingliyi ərazisində 40,20, 04 № 46,57, 37E) kordinantlarda yerləşən Şəxs işlətdiyi fermada formalaşan tullantı suların ətraf mühitə axıdılması faktına rast gəlinmişdir. Araşdırmsa zamanı Şəxs mövcud vəziyyətlə bağlı izahat verərək işlətdiyi fermada formalaşan tulantı suların təyinatsız axıdılmasını etiraf etmişdir. Bununla da Şəxs tərəfindən Azərbaycan Respublikasınən “Su Məcəlləsinin və Su Təchizatı və X7” Azərbaycan Respublikası Qanunlarının tələblərini pozmuşdur. İşdə olan Şəxs izahatından görünür ki, Tərtər rayon Meyvə Tingliyi ərazisində ailə və uşaqlarını saxlamaq üçün istifadə olmayan (fermada) bir neçə heyvan saxlayır. Fermadan çıxan peyni çıxardaraq təsərrefat sahiblərinə paylayır, tulantı suları isə fermanın ərazisinə axıdılır. Bunun nöqsan olduğunu bilməmişdir. Bu gundən belə qarşısını alacaqdır. Bir daha belə hallara yol verməyəcəkdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 25 sentyabr 2025-ci il tarixdə keçirilən nəzarət tədbirləri zamanı Tərtər rayonu Meyvə Tingliyi ərazisində yerləşən fermanın fəaliyyətui zaqmanı formalaşan tullantı suların təyinatsız axıdılması nəticəsində su obyektlərindən və sudan istifadə qaydalarını pozmuşdur. Bu Şəxs Azərbaycan Respublikası İXM-in 262.2.3-cü maddəsinin tələblərini pozmuşdur. Şəxs əməli barəsində tərtib olunmuş protokol, ona əlavə olunmuş sənədlər və iş materialları tam təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəlləninn 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə göstərilən halları nəzərə alıb, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 100( yüz) manat cərimə inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, Q ƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-652/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-652/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver