Məhkəmə qərarları › İş №3(061)-657/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-657/2025

22.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-657/2025 22.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İcra sənədi üzrə tələbkar X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Tərtər rayonu Kəbirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Kəbirli kəndində yaşayan Şəxs barəsində Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Əsədov X3 Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(061)-36/2023 saylı icra sənədi üzrə 13.329.60 manat pul borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(061)-36/2023 saylı icra sənədi üzrə 13.329.60 manat pul borcunun tələbkar X1 verməlidir. Buna baxmayaraq həm maddi imkanı olmadığından həm də özünü tələbkara borclu hesab etmədiyindən ödəməmişdir. Özünü günahkar hesab etmir. Şəxs eyni zamanda onu da qeyd etmişdir ki, hazırki, icra sənədi çıxarılan qətnamə üzrə işə baxılanda məhkəmə proseslərində iştirak etmiş, qətnaməni almış, lakin qətnamədən apellyasiya qaydasında şikayət etməmişdir. Buna baxmayaraq yenə də özünü borclu hesab etmir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 18 iyul 2023-ci il tarixli 2(061)-36/2023 saylı icra sənədi üzrə borclu Şəxs 13200(on üç min iki yüz) manat məbləğində pul və ödənilmiş 129,60 manat cəmi 23.329.60 manat pul tutularaq iddiaçı Şəxs verməlidir. İş materiallarından aydın olur ki, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, borclunun izahatı alınmışdır. -Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. -Tərtər rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra sənədi üzrə borclu Şəxs məcburi gətirilməsi barədə qərar qəbul olunmuşdur. -Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. -Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. -Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarnın surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, borclunun izahatını, eləcə də icra materialları ilə müəyyən edilir ki, Əsədov X3 Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(061)-36/2023 saylı icra sənədi üzrə 13.329.60 manat pul borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 22 noyabr 2025-cü il tarixdən saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar