Məhkəmə qərarları › İş №3(061)-658/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-658/2025

03.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-658/2025 03.02.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İnzibati material üzrə Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Tərtər rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, Tərtər rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Tərtər-Goranboy avtomobil yolunun 1-ci kilometrində Tərtər rayonu Qaradağlı kəndində yaşayan Şəxs idarə etdiyi “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Chevrolite aveo” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Tərtər-Goranboy avtomobil yolunun 1-ci kilometrində idarə etdiyi “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Tərtər rayon istiqamətindən Goranboy rayon istiqamətində hərəkətdə olan zaman Tərtər- Goranboy avtomobil yolunun 1-ci kmdə, yolun sağında Traktorun qoşqusu durduğu üçün sola manevr etmiç və bu zaman arxadan onu ötmədə olan “Chevrolite aveo” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi abtomobilin sol yan hissəsindən vurmuşdur. Hadisə zamanı xəsarət alan olmamışdır. Avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Avtomobildə tək olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati material üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Tərtər-Goranboy avtomobil yolunun 1-ci kilometrində Tərtər rayonu Qaradağlı kəndində yaşayan Şəxs idarə etdiyi “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun idarə etdiyi “Chevrolite aveo” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hazırda ona vurulmuş ziyanlıq ödənilmişdir. Şəxs şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Tərtər- Goranboy avtomobil yolunun 1-ci kilometrində Tərtər rayonu Qaradağlı kəndində yaşayan Şəxs idarə etdiyi “VAZ-2106” markalı **-BF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə “Chevrolite aveo” markalı **-LN-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəlləninn 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə göstərilən halları nəzərə alıb, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 500(beş yüz) manat cərimə inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar