Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-666/2025 09.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Tərtər rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, evli, deməsinə görə himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Şıxarx qəsəbəsində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:00 radələrində işğaldan azad olunmuş Ağdərə rayon ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 08 oktyabr 2025-ci il tarixdə saat təxminən 15 radələrində Tərtər rayonu Ələsgərli kəndində yaşayan X5 ilə birlikdə idarə etdiyi “QAZ 24” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın ilə işğaldan azad edilmiş Ağdərə rayonu ərazisinə daxil olmuşlar. Ağdərə rayon ərazisində dəmir məmulatlarını qarət yolu ilə nəqliyyat vasitəsinin yük və baqac hissəsinə yığmışlar. Həmin dəmir məmulatlarını yığan zaman Rəsulov Sərxan, Orucov Ramin və əsədli Elşən də idarə etdikləri nəqliyyat vasitələri ilə həmin ərazidən dəmir qırıntıları yığmışlar. İdarə etdiyi maşının təkəri boşaldığından həmin ərazidə olan Budaqov Vüsalın onlara kömək etmələrini gözləmişdir. Səhər saat 04 radələrində o idarə etdiyi maşınla Tərtər rayonuna qayıdaraq yığdığı dəmir məmulatlarını sataraq evə getməyə planlaşdırmışlar. Onlar hərəkətdə olan zaman polis əməkdaşları onların maşınlarını görüb və maşınların saxlanılmaları ilə bağlı göstəriş vermişlər. O da maşını saxlayaraq gözləmiş, bir müddət sonra digər polis əmədaşlarının da köməkliyi ilə izahatlarının alınması məqsədiilə Tərtər RPŞ-nə dəvət etmişlər. Barələrində protokol tərtib olunmuşdur. O, ilkin olaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığndan əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, Şəxs yalnız barəsində protokol tərtib etdiyi vaxt tanımışdır. Onunla qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:00 radələrində işğaldan azad olunmuş Ağdərə rayon ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM–in 535.1–ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində protokol tərtib etdiyi zaman Şəxs əməlini etiraf etmişdir ki, 08 oktyabr 2025-ci il tarixdə saat təxminən 15 radələrində Tərtər rayonu Ələsgərli kəndində yaşayan X5 ilə birlikdə idarə etdiyi “QAZ 24” markalı **-BE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın ilə işğaldan azad edilmiş Ağdərə rayonu ərazisinə daxil olmuşlar. Ağdərə rayon ərazisində dəmir məmulatlarını qarət yolu ilə nəqliyyat vasitəsinin yük və baqac hissəsinə yığmışlar. Həmin dəmir məmulatlarını yığan zaman Rəsulov Sərxan, Orucov Ramin və əsədli Elşən də idarə etdikləri nəqliyyat vasitələri ilə həmin ərazidən dəmir qırıntıları yığmışlar. İdarə etdiyi maşının təkəri boşaldığından həmin ərazidə olan Budaqov Vüsalın onlara kömək etmələrini gözləmişdir. Səhər saat 04 radələrində o idarə etdiyi maşınla Tərtər rayonuna qayıdaraq yığdığı dəmir məmulatlarını satarqaq evə getməyə planlaşdırmışlar. Onlar hərəkətdə olan zaman polis əməkdaşları onların maşınlarını görüb və maşınların saxlanılmaları ilə bağlı göstəriş vermişlər. O da maşını saxlayaraq gözləmiş, bir müddət sonra digər polis əmədaşlarının da köməkliyi ilə izahatlarının alınması məqsədiilə Tərtər RPŞ-nə dəvət etmişlər. Barələrində protokol tərtib olunmuşdur. O, ilkin olaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığndan əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in İTB-in vmie Sənan Kazımov izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 04 radələrində polis baş leytenantı Kənan Şükürovla birlikdə işğaldan azad edilmiş Ağdərə rayonu ərazisində xidmətdə olan zaman “QAZ” 3110 markalı **-LC-*** dövlət qeydiyyat nişanlı, “Qaz”-24 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı, “VAZ”-210117 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomaşınların sürücüləri vəsərnişinləri işqaldan azad olunmuş Ağdərə rayonu ərazisinə qanunsuz olaraq daxil olaraq nəqliyyat vasitələrinin yük və baqac hissələrinə qarət yolu ilə əldə edilmiş dəmir məmulatlarının yüklədiklərinin şahidi olmuşlar. Onlara həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsləri izahatının alınması məqsədilə Tərtər RPŞ-nə dəvət etmişlər. Bu zaman həmin şəxslər onların qanuni tələblərinə tabe olmayaraq qərəzli davranmağa başlamışlar. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də həmin şəxslər onların qanuni tələblərinə tabe olmamışlar. Daha sonra həmin şəxslər tərəflərindən məcburi şəkildə Tərtər RPŞ-nə gətirilmişdir. RPŞ-də həmin şəxslərin Tərtər rayon sakinləri X5, X6, X4, Şəxs və Bərdə rayonu Kətəlparaq kənd sakini X7 olduqları məlum olmuşdur. Ona görə də həmin şəxslərin barələrində müvafiq tədbir görülməsi üçün rəhbərliyə raportla müraciət etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 04:00 radələrində işğaldan azad olunmuş Ağdərə rayon ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 06:10-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 06:10-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 150 (yüz əlli) manat müəyyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-666/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-666/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver