Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-683/2025 13.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həşimova (Əliyeva) Aynur Rəis qızının iştirakları ilə, xx.xx.1987-ci ildə Tərtər rayonu Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Sarıcalı kəndində yaşayan Həşimova (Əliyeva) Aynur Rəis qızının barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Həşimova (Əliyeva) Aynur Rəis qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1349/2025 saylı icra sənədinə əsasən Həşimova (Əliyeva) Aynur Rəis qızından hər ay 200 manat aliment tələbkar X4 verməməsi ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Həşimova (Əliyeva) Aynur Rəis qızı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1349/2025 saylı icra sənədinə əsasən borclu kimi ondan tələbkara 655 manat aliment borcunun olması ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəməyə rəsmi ərizə təqdim edərək tələbkar X4 olan 655 manat borcundan 600 manatını ödədiyindən, qalan 55 manat aliment borcunu da ödəyəcəyini və icra sənədinin icrasına bundan sonra heç bir maneə yaratmayacağına söz verdiyindən və tələbkar ondan şikayətçi olmadığından, aliment borcunu bundan sonra vaxtı vaxtında ödəyəcəyinə söz verir. Əməlindən peşimandır. Bir daha belə hallara yol verməyəcəkdir. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkar X6 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(061)-1349/2025 saylı icra sənədinə əsasən borclu kimi Həşimova (Əliyeva) Aynur Rəis qızından tələbkar kimi 655 manat aliment borcunun olması ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Hazırda borclu 655 manat borcundan 600 manatını ödəmiş, qalan 55 manat aliment borcunu da ödəyəcəyini və icra sənədinin icrasına bundan sonra heç bir maneə yaratmayacağına söz verdiyindən və ondan şikayətçi deyil, məhkəmədən borclu Həşimova (Əliyeva) Aynur Rəis qızının barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad ediməsini xahiş etmişdir. Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Həşimova (Əliyeva) Aynur Rəis qızına 655 manat aliment borcunun olmasını ilə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Borclu Həşimova (Əliyeva) Aynur Rəis qızı məhkəməyə rəsmi ərizə təqdim edərək tələbkar X4 olan 655 manat borcundan 600 manatını ödəmiş, qalan 55 manat aliment borcunu da ödəyəcəyini və icra sənədinin icrasına bundan sonra heç bir maneə yaratmayacağına söz verdiyindən və tələbkar ondan şikayətçi olmadığından məhkəmədən Həşimova (Əliyeva) Aynur Rəis qızının barəsində müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə olunmuş ödəmə qəbzlərindən aydın olur ki, borclu Həşimova (Əliyeva) Aynur Rəis qızı barəsində tərtib olunmuş protokol üzrə borclu olduğu 655 manat aliment borcundan 600 manatını ödəmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Həşimova (Əliyeva) Aynur Rəis qızının icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Həşimova (Əliyeva) Aynur Rəis qızının əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Həşimova (Əliyeva) Aynur Rəis qızının əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Həşimova (Əliyeva) Aynur Rəis qızının barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Həşimova (Əliyeva) Aynur Rəis qızı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-683/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-683/2025
13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver