Məhkəmə qərarları › İş №3(061)-710/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-710/2025

21.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-710/2025 21.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokolu tərtib edən şəxs X1, İnzibati material üzrə zərərçəkmiş şəxslər X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci ildə Tərtər rayonu Bəyimsarov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Bəyimsarov kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Tərtər RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2025-cİ il tarixdə saat 14:00 radələrində Tərtər rayonun Bəyimsarov kəndində qızı X6 döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 19 avqust 2025-ci il tarixdə yaşadığı evdə olarkən qızı Aysu Həsənliyə evdən tez-tez çıxmasına görə iradını bildirən zaman Aysu ona tərəf dilini çıxarıb saymazyana hərəkət etdiyindən əsəbləşib həmin vaxt əlində olan televizorun naqili ilə qızını bir dəfə vurmuş, qızının vurduğuna görə anası ona iradını bildirmiş, daha sonra evdən çıxıb mağazaya getmişdir. Mağazadan çıxdıqdan bir qədər sonra həyat yoldaşının DİN-in 102 xidmətinə və Tərtər RPŞ-yə onun barəsində müraciət etməsini bilmişdir. Bundan sonra poli əməkdaşları onun yaşadığı ünvanına gəlib izahat verməsi üçün onu Tərtər RPŞ-nə dəvət etmişlər. Həyat yoldaşı Rüfanə Həsənovanı vurmamışdır, lakin qızı Aysu Həsənliyə evdən tez-tez çıxması ilə bağlı iradinı bildirən zaman qızımnın ona qarşı saymazyana hərəkət etməsi səbəbindən əsəbləşib əlində olan televizor naqili ilə bir dəfə vurmuşdur. Hazırda əməlindən peşman olmasını, hadisənin belə olmasının istəməməsini, onlardan üzr istəməyə hazır olduğunu bildirmişdir. Məhkəmədən onun barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. İnzibati material üzrə zərərçəkmiş şəxs X4 izahatında göstərmişdir ki, Şəxs onun həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında evdə olarkən Şəxs 2014-cü il tarixdə anadan olmuş Aysu Həsənlini yanına çağırmış, Aysu otaqdan çıxan zaman dilini çıxarmasına görə Elvin televizorun naqili ilə onun sağ çiyin nahiyəsindən vurmuş, araya girib onu sakitləşdirmək istəyərkən Elvin sillə ilə onun baş nahiyyəsindən vurmuşdur. Onu sakitləşdirəndən sonra Elvin evdən çıxmışdır. Daha sonra övladları ilə birlikdə ata evinə getmiş və övladının döyülməsi ilə bağlı DİN-in 102 xidmətinə məlumat vermişdir. Hazırda Şəxsla barışmaq istəmir, lakin ərizə təqdim edərək, Şəxs cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş inzibati material üzrə protokolu tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, inzibatı material üzrə tərəflərlə qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Təhqiqat materialları ona təqdim olunandan sonra protokol onun tərəfindən tərtib olunmuşdur. Protokol tərtib olunan zaman Şəxs əməlini səmimi etiraf etmiş, peşman olduğunu bildirmişdir. Onun barəsində cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan 08 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞnin İTB-nə göndərilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, X5 bədəni üzərində məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ çiyin qurşağının arxa səhtinin qançırları küt əşyanın təsirindən törənmişdir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri olmaqla həmin xəsarətlər xx.xx.2025-ci il tarixdə yerinə yetirilə bilərdi. İşdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta törədənin ailə vəziyyətini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Tərtər rayonun Bəyimsarov kəndində qızı X6 döymüşdür. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar