Məhkəmə qərarları › İş №3(061)-724/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-724/2025

31.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-724/2025 31.10.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokolu tərtib etmiş şəxs X3, İnzibati material üzrə zərərçəkmiş şəxs X1, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Saatlı rayonu Fətəlikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, Tərtər şəhəri Sabir küçəsində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Tərtər rayon polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs 06 sentyabr 2025-ci il tarixdə saat 20:00 radələrində Tərtər rayon Ağkənd kənd ərazisində mübahisə zamanı X2 döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərmişdir ki, 06 sentyabr 2025-ci il tarixdə saat 20:00 radələrində tanışı X4 ilə birlikdə yaşadığı evdə olan zaman ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmişdir. Ona həmin şəxs bildirmişdir ki, onun nömrəsini Eliş adlı şəxs vermişdir. O da Elişin kim olmasını və nömrəsini ona niyə verməsini soruşmuşdur. Həmin şəxs də Elişi tanıdığını ona bildirmişdir. O da həmin şəxsə bildirmişdir ki, Elişi tanımır, Elişin nömrəsini versin özü danışsın. Həmin şəxs də ona bildirmişdir ki, Eliş yanındadır. Telefonu Eliş ləqəbli sonradan adını Elmidar adlı şəxsə vermişdir ki, onunla danışsın. Elmidar onu təhqir etməyə başlamışdır.O da Elmidara demişdir ki, hardasan yerini de gəlim ora, Elmidar da Tərtər rayonun Dəmirçilər kəndində olduğunu bildirmişdir. O da tanışı Turanə ilə birlikdə səhvliknən Tərtər rayonu Ağkənd kəndinə getmişdir. Elmidar adlı şəxsə zəng etmişdir ki, Tərtər rayonun Ağkənd kəndindədir. Elmidar da onların olduqları yerə gəlmişdir. Aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı o Elmidarın bədəninin müxtəlif nahiyələrinə təpiklə və əllə vurmuşdur. Həmin Vaxtı polis əməkdaşları gəlib onları aralayıb Tərtər RPŞ-nə gətirmişlər. Həmin vaxtı tanışı Turanə Elmidarı döyməmişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək hazırda zərərçəkmiş şəxslə hazırda barışdığını bildirmiş, zərərçəkmiş şəxs də ondan şikayətçi deyildir. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Məhkəmədən barışmağlarını nəzərə alıb barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. İnzibati material üzrə zərərçəkmiş şəxs X5 izahatında göstərmişdir ki, 06 sentyabr 2025-ci il tarixdə saat 20:00 radələrində yaşadığı kənddə çayxanada pivə içmişdir. Həmin vaxtı nömrəni səhv yığdığında Şəxs düşmüşdür. Söhbətləri alınmadığından, bir-birlərini başa düşmədiklərindən nalayiq ifadələr işlətmişdir. Şəxs da harada olduğunu soruşmuş və ora gələcəyin bildirmişdir. O da Nuranəyə Tərtər rayonun Dəmirçilər kəndində yaşadığını bildirmişdir. Sonradan Nuranə ona Cəmilli kənddində olduğunu bildirmişdir. O Nuranəgilin yanına gələn zamanonu Nuranə və adını bilmədiyi şəxs təhqir etmişlər və onu vurmağa başlamışlar. Nuranə şillə və təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmuşdur. Həmin vaxt polis əməkdaşları gəlibonları aralaşdırıb Tərtər RPŞ-nə gətirmişlər.Hazırda məhkəməyə rəsmi ərizə təqdim edərək bildirmişdir ki, Şəxs şikayətçi deyil. Onlar barışmışlar, Nuranədən şikayəti və tələbi yoxdur, Nuranənin də bundan sonra onunla işi olmayacağı təqdirdə onun barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə protokolu tərtib etmiş şəxs X6 izahatında hazırkı vəziyyətdə tərəflərlər barışdıqlarından inzibati material üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, ailə vəziyyətlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir . Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına, tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar