Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-73/2025 20.01.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1966-cı ildə Tərtər rayonu Sarıcalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Sarıcalı kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Tərtər Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, şahid ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Ağdərə rayonu ərazisində baş vermiş mal-qara oğurluğunda şübhəli olduğu üçün onu Tərtər Rayon Polis Şöbəsinə dəvət etmişlər. Rayon Polis Şöbəsində olan zaman oğurlanmış malqara sahiblərinin əsassız iddalarından əsəbləşərək özündən çıxmış və nalayiq ifadələr işlətmişdir. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini və barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə oğurluqda şübhəli olduğu üçün Tərtər Rayon Polis Şöbəsinə dəvət etdiyi xx.xx.1966cı il təvəllüdlü Tərtər rayon Sarıcalı kəndində yaşayan Şəxs Rayon Polis Şöbəsinin daxilində yüksək səslə nalayiq ifadələr işlədib, şöbə əməkdaşlarının iş ahəngini kobud surətdə pozmuşdur. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs X3 izahatında göstərmişdir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etdiyinə görə tanımışdır, onunla qohumluğu və ədavəti yoxdur. Tərtib etdiyi inzibati protokolu qanuni və əsaslı hesab etmişdir. Həqiqətən də Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Tərtər Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Şəxs barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 19 yanvar 2025-ci il tarixdə saat 20:15-də inzibati qaydada tutulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 19:30 radələrində Tərtər Rayon Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-73/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-73/2025
20.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver