Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-732/2025 06.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, X1 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Тərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, İnzibati xəta törətmiş şəxs Şəxs оğlunun iştirakı ilə, xx.xx.1991-ci ildə Kəlbəcər rayonu, Kilsəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Kəlbəcər rayonu, Günəşli kəndində qeydiyyatda olan Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində Тərtər rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və əlavə edilmiş materiala 06 noyabr 2025-ci il tarixdə Тərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində Tərtər şəhəri H.Əliyev prospektində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli İnzibati qaydada tutma haqqında Protokoldan görünür ki, Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə, inzibati xəta haqqında işin icrasını təmin etmək məqsədilə İXM-nin 86.1.2, 88 və 89-cu maddələrinə əsasən, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən Тərtər rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X4 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində Tərtər şəhəri H.Əliyev prospektində VAZ 2106 markalı 09BB035 dövlət qeydiyyat nişanlı avtomaşında konstruksiya dəyişikliyi etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman avtomobili etibarnaməsiz idarə etdiyi aşkarlanmılş və Tərtər Rayon Polis şöbəsinin mühafizə olunan duracağına gətirilmişdir. Avtomobil duracağa yerləşdirilərkən uca səslə nalayiq ifadələr işlədərək avtomaşını duracağa yerləşdirməkdən və təhvil-təslim aktına imza etməkdən imtina etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, Şəxs ona qarşı intizamsızlıq və kobudluq edib polisin qanuni tələbinə tabe olmayaraq mübahisə etməyə başlamışdır. Bununla da Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində Tərtər şəhəri H.Əliyev prospektində VAZ 2106 markalı 09BB035 dövlət qeydiyyat nişanlı avtomaşında konstruksiya dəyişikliyi etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman avtomobili etibarnaməsiz idarə etdiyi aşkarlanmış və Tərtər Rayon Polis şöbəsinin mühafizə olunan duracağına gətirilmişdir. Avtomobil duracağa yerləşdirilərkən uca səslə nalayiq ifadələr işlədərək avtomaşını duracağa yerləşdirməkdən və təhvil-təslim aktına imza etməkdən imtina etmişdir. Sonda o, gələcəkdə bir də belə xəta törətməyəcəyini bildirərək məhkəmədən ona yüngül inzibati tənbeh tədbiri verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tərtər Rayon Polis şöbəsinin polis sahə rəisi, X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:20 radələrində Tərtər şəhəri H.Əliyev prospektində VAZ 2106 markalı 09BB035 dövlət qeydiyyat nişanlı avtomaşında konstruksiya dəyişikliyi etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, sənədləri yoxlanılan zaman avtomobili etibarnaməsiz idarə etdiyi aşkarlanmılş və Tərtər Rayon Polis şöbəsinin mühafizə olunan duracağına gətirilmişdir. Avtomobil duracağa yerləşdirilərkən uca səslə nalayiq ifadələr işlədərək avtomaşını duracağa yerləşdirməkdən və təhvil-təslim aktına imza etməkdən imtina etmişdir. Polis əməkdaşları onu nizam-intizama dəvət etmiş, Şəxs ona qarşı intizamsızlıq və kobudluq edib polisin qanuni tələbinə tabe olmayaraq mübahisə etməyə başlamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs polis işçisi ictimai qaydanı mühafizə edərkən onun qanuni tələblərinə qəsdən tabe olmaması, beləliklə İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi özünün etirafedici izahatı, barəsində tərtib edilmiş protokol və şahidin ifadəsi ilə tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, səhhətindəki vəziyyəti, məsuliyyətini yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 20:20-dən inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 100 (bir yüz ) manat müəyyən edilsin. Şəxs оğlu məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Maya Məmmədova
Məhkəmə qərarları › İş №3(061)-732/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-732/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver