Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-738/2025 07.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlililliyi olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 01:00 radələrində Ağdərə rayonu ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 05 noyabr 2025-ci il tarixdə saat təxminən 16:30 radələrində 3 nəfər fəhlə yoldaşları ilə bərabər Ağdərə rayon ərazisinə getmişlər. Onlara fəhlə kimi dəmir məmulatlarını maşınlara yığmaq və bunun müqabilində 30 manat əmək haqqı veriləcəyi bildirilmişdir. Onlar axşam saatlarına qədər dəmir məmulatlarını yük maşınına yükləyib tanımadığı obyektə boşaltmışlar. Daha sonra axşam saatlarında 2 nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdən sonra onlara bu hərəkətlərin qanunsuz olduğunu və Tərtər RPŞ-ə getmələrini bildirmişlər. O bundan əsəbləşdiyindən Tərtər RPŞ-nə getməkdən imtina etmişdir. Polis əməkdaşları ona dəfələrlə bildirsələr də o əsəbi olduğu üçün buna məhəl qoymamaışdır. Sonradan isə polis əməkdaşları ilə bərabər Tərtər RPŞ-nə gəlmişlər. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül-cərimə inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Tərtər RPŞ-in İTB-in sahə rəisi X2 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi, əvvəllər tanımamış, onunla qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Şəxs barəsində onun tərəfindən protokol tərtib edilmiş və izahatı alınmışdır. Əməlini səmimi etiraf etmiş, əməlindən peşman olmasını bildirmişdir. Məhkəmə iclasında da əməlini etiraf etmiş, peşman olduğunu bildirmiş və cərimə olunmasını xahiş etmişdir. Barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in PPXB-nin polis nəfəri, polis serjantı X7 izahatında göstərmişdir ki, 06 noyabr 2025-ci il tarixdə saat 01 radələrində Tərtər RPŞ-in PPXB-nin polis nəfəri Şamıyev Aydın ilə birlikdə Ağdərə rayonu ərazisində xidmətdə olan zaman bir qrup şəxsin Ağdərə rayon ərazisindən dəmir məmulatlarını qanunsuz yolla yığdıqlarının şahidi olmuşlar. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxslərin şəxsiyyətlərini müəyyən etmək, həmçinin törətdikləri inzibati xətanımn mahiyyətini izah etmək istədikdə həmin şəxslər qanuni tələblərinə qəsdən tabe olmayaraq Tərtər RPŞ-nə imtina etmişlər. Onları dəfələrlə nizam intizama dəvət etsələr də həmin şəxslər onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Daha sonra onları RPŞ-nə məcburi gətirmişlər. Həmin vaxt adlarını sonradan öyrəndiyi X6, X8, X5, X4 və X9 olduqları məlum olmuşdur. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi üçün Tərtər RPŞ-in rəisinə raportla müraciət etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat təxminən 01:00 radələrində Ağdərə rayonun ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 01:40-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat məbləğində cərimə inzibati tənbehi tətbiq edilsin. Şəxs xx.xx.2025-ci il saat 01:40-dan inzibati qaydada tutulduğu müddət nəzərə alınaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 200 manat cərimə inzibati tənbehi azaldılaraq cərimənin məbləği 100 (yüz) manat müəyən edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-738/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-738/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver