Məhkəmə qərarları › İş №3(061)-74/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-74/2025

19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-74/2025 19.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Tərtər rayonu Söylən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, Tərtər rayonun Söylən kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Tərtər rayon Hacıqərvənd kənd sakini X2 qarşı dələduzluq və xırda talama hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ilə bağlı protokol üzrə təqsirli bilərək izahatında göstərmişdir ki, Tərtər rayonu Hacıqərvənd kəndində yaşayan X3 tanıyır. Onunla arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Çinarə Məmmədova adlı şəxsi 4-5 ay bundan əvvəl Tərtər rayon ərazisində görmüş, Çinarə ona sosial müavinət düzəltdirmək istədiyini bildirmişdir. O da Çinarədən sosial müavinət düzəltmək üçün 140 manat pulunu almış, lakin bir müddət sonra iş alınmadığı üçün həmin 140 manat pulu Tərtər rayonu Hacıqərvənd kənd sakini Çinarə Məmmədovaya qaytara bilməmişdir. Məhkəmədən barəsində yüngül inzbati tənbeh növü təyin edilməsini xahiş etmişdir. İnzibati material üzrə zərərçəkmiş şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə inzibati material üzrə zərərçəkmiş şəxs X1 iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. Beləliklə məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs Tərtər rayonun Hacıqərvənd kəndində yaşayan X2 qarşı dələduzluq və xırda talama hadisəsi törətmişdir. İş materiallarında olan 06 dekabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə toplanmış material Tərtər rayon X6 Təhlükəsizlik Bölməsinə həvalə olunmuşdur. İş materiallarına əlavə olunmuş Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Abdullayev X4 Respublikası İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.2-ci madəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs inzibati tənbeh növündə cəza verilməlidir. Məhkəmə, törədilmiş xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 35, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 30 (otuz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsə almanın əvvəli 19 fevral 2025-ci il tarixdən saat 11:26-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar