Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-75/2025 12.03.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-in Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMC-in Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbinə zidd olaraq icbari bədbəxt hadisə və peşə əmək qabiliyyətini itirmə hallarında icbari qaydada sığortalamamışdır. Nəticədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsi hüquqi şəxs kimi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu hərəkətləri ilə Şəxs MMC Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs MMC-in Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə olan sənədlərlə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsi 23 yanvar 2024-cü il tarixli MN № ******* saylı protokolunu onunla əsaslandırmışdır ki, Şəxs MMC-in Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbinə zidd olaraq icbari bədbəxt hadisə və peşə əmək qabiliyyətini itirmə hallarında icbari qaydada sığortalamamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsi və Şəxs MMC-i məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumatlandırılsalar da heç bir üzürlü səbəb olmadan məhkəmə iclasında vəkalətli nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Belə olan halda məhkəmə onların iştirakları olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. İş materialında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsinin 23 yanvar 2024-cü il tarixli MN № ******* saylı protokolundan görünür ki, Şəxs MMC-in Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbinə zidd olaraq icbari bədbəxt hadisə və peşə əmək qabiliyyətini itirmə hallarında icbari qaydada sığortalamamışdır. İş materialında olan işçilərin bədbəxt hadisələrdən sığortalanması haqqında AZ-5900 ünvan 1 ünvanında yaşayan Şəxs MMC-in direktoru Şəhriyar Məmmədova (VÖEN **********) bildirişdən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsinin rəisi Akif Baxşəliyev inzibati xətanın əlamətlərini, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olubolmamasının araşadırılması ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixdə saat 10:00-da X2 Xidmətinin Qarabağ Regional Şöbəsinə dəvət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsinin 23 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli hüquqi şəxs qismində MN ******* və 23 yanvar 2025-ci il tarixli vəzifəli şəxs qismində MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edılərək AZ-5900 ünvan 1 ünvanında yaşayan Şəxs MMC-in direktoru Şəhriyar Məmmədova (VÖEN **********) gön dərilmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs MMC-in Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin tələbinə zidd olaraq icbari bədbəxt hadisə və peşə əmək qabiliyyətini itirmə hallarında icbari qaydada sıqortalamamışdır. Nəticədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Qarabağ Regional Şöbəsi hüquqi şəxs kimi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə 23 yanvar 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs MMC-in hərəkətlərində Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC-i Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-75/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-75/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver