Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-77/2025 07.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1991-ci ildə Tərtər rayonu Mamırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsi mənzil 15-də yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3423/2024 saylı icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 235 manat aliment borcu alınaraq tələbkar X1 ödənilməlidir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3423/2024 saylı icra sənədinə əsasən borclu kimi ondan ümumilikdə 235 manat aliment borcu alınaraq tələbkar X1 ödənilməlidir. O məhkəmə iclası zamanı ərizə təqdim edərək bildirmişdir ki, Tərtər Rayon Məhkəməsinin icraatında onun barəsində olan inzibati protokol üzrə icra sənədi üzrə tələbkar X1 ümumilikdə 1645 manat borcu vardır. Həmin borc üzrə 1000 manatı ödəmiş bu barədə ödəmə qəbzini məhkəməyə təqdim edir. Qalan 645 manat borcunu ödəməkdən boyun qaçırmır. Hal-hazırda yeni işə qəbul olunmuşdur. Əmək haqqını alan kimi bu ay ərzində tam şəkildə ödəyəkdir. Bundan sonra da icra vərəqəsinin icrasından boyun qaçırmayacaqdır. Hər ay alimentini vaxtıvaxtında ödəyəcəkdir. Odur ki, onun barəsində olan inzibati protokolun icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(010)-3423/2024 saylı icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 235 manat aliment borcu alınaraq tələbkar X1 ödənilməlidir. Hazırda həqiqətən də icra sənədi üzrə borclu Şəxs tələbkar X1 olan 1645 manat borcundan 1000 manatını ödəmişdir. Tələbkara borclu qaldığı 645 manatını da bu ay ərzində yeni işə düzəldiyi yerdən əmək haqqını alıb ödəyəcəyindən, eyni zamanda tələbkarla əlaqə saxlamış, tələbkar onun hesabına 1000 manat keçirildiyindən məhkəmədən Şəxs barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad ediməsinə etirazı yoxdur. İş materiallarına əlavə olunmuş borclu Şəxs təqdim olunmuş "xxxx" MMC Million elektron ödəmə sistemi terminalından ödəniş qəbzindən aydın olur ki, Şəxs tələbkarın kartına 1000 manat ğdəniş etmişdir. İşdə olan borclu Şəxs ərizəsindən görünür ki, Tərtər Rayon Məhkəməsinin icraatında onun barəsində olan inzibati protokol üzrə icra sənədi üzrə tələbkar X1 ümumilikdə 1645 manat borcu vardır. Həmin borc üzrə 1000 manatı ödəmiş bu barədə ödəmə qəbzini məhkəməyə təqdim edir. Qalan 645 manat borcunu ödəməkdən boyun qaçırmır. Hal-hazırda yeni işə qəbul olunmuşdur. Əmək haqqını alan kimi bu ay ərzində tam şəkildə ödəyəkdir. Bundan sonra da icra vərəqəsinin icrasından boyun qaçırmayacaqdır. Hər ay alimentini vaxtı-vaxtında ödəyəcəkdir. Odur ki, onun barəsində olan inzibati protokolun icraatına xitam verilməsini xahiş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-77/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-77/2025
07.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver