Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-779/2025 17.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, X4 oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala icra işi ilə birlikdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs İXM-in 528.1-ci ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4526/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 fevral 2024-cü il tarixdən başlayaraq X2 235 manat aliment ödəməyi öhdəsinə götürür, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)5107/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Şəxs sonrakı artımlar nəzərə alınmaq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi, 50 manat mediasiya xərcinin cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmiş, lakin o, borcun ödənilməsindən boyun qaçırmışdır. Halhazırda Şəxs ödənilməmiş 5547 manat borcu vardır. İnzibati xəta haqqında protokol tərtib etmiş Tərtər Rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 protokolun məzmununa uyğun izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şəxs ifadəsində aliment borcunun həbsdə olduğu müddətdə yarandığını, həbsdən çıxdıqdan sonra hər ay mütəmadi ödənişlər etdiyini, iyul, avqust, sentyabr aylarında isə hər ay 500-600 manat civarında ödəniş etdiyini, 2025-ci ilin oktyabr ayı ərzində aliment bocundan 2 dəfə 100 manat məbləğində ödənişlər etdiyini bildirmişdir. O, ödəniş etdiyini təsdiqləyən qəbzləri məhkəməyə təqdim edərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: 17 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli protokoldan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4526/2024 saylı xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)5107/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən tələb Şəxs tərəfindən icra edilmir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4526/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, ərizənin təmin edilməsi, X5 ilə Şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu barışıq sazişinin 1-ci bəndinin aşağıdakı məzmunda təsdiq edilməsi- “borclu Şəxs xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 01 fevral 2024-cü il tarixdən başlayaraq X2 235 manat aliment ödəməyi öhdəsinə götürür” qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)5107/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay Şəxs sonrakı artımlar nəzərə alınmaq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi, 50 manat mediasiya xərcinin cavabdeh Şəxs tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. - 02 iyul 2024-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs tələbin ödənilməsi üçün borclu Şəxs 10 gün vaxt verilmişdir. - Şəxs 05 noyabr 2024-cü il tarixdə Tərtər Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatdan görünür ki, aliment borcundan 5920 manat pul ödəmişdir. Şəxs 17 noyabr 2025-ci il tarixdə Tərtər Rayon İcra və Probasiya Şöbəsində verdiyi izahatdan görünür ki, həbsdə olduğu üçün aliment borcu yaranmışdır, daimi iş yeri olmadığına görə borcunu tam ödəməmiş, 2025-ci ilin may ayından etyibarən hər ay 600- 700 manat pul ödəmişdir. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin dispozisiyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli qərarında bir daha özünün “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərdiyi şərtləri vurğulayaraq qeyd etmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş faktiki hallarından, icra məmurunun və borclunun məhkəmə iclasında verdiyi izahatından görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)4526/2024 saylı xx.xx.2024-cü il tarixli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)5107/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini qərəzli və üzrsüz səbəbdən icra edilməməsi halı mövcüd deyildir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətinin yaranması üçün imperativ şərt olan “icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi”nə dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsində göstərilir ki, inzibati xətalar haqqında işlərə baxan hakim işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş tərkibin olmasını təsdiq edən heç bir dəlilin və sübutun olmaması nəzərə alınaraq, inzibati xəta törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə Şəxs əməlində inzibati xəta tərkibi olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 43, 114, 115, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində 17 noyabr 2025-ci il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Maya Məmmədova
Məhkəmə qərarları › İş №3(061)-779/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-779/2025
17.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver