Məhkəmə qərarları › İş №3(061)-794/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-794/2025

20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-794/2025 20.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokolu tərtib edən şəxs X4, İnzibati material üzrə zərərçəkmiş şəxslər X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Bərdə rayonu Leninabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, deməsinə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Bərdə rayonu Samux kəndində qeydiyyatda olmaqla Tərtər rayonu Hacıqərvənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Tərtər RPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2025-cİ il tarixdə Tərtər rayonun Hacıqərvənd kəndində X2 döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Nargilə Rəhimli onun ikinci həyat yoldaşı Sahibin gəlinidir. Onunla heç bir ədavəti və düşmənçiliyi yoxdur. Buna baxmayaraq Nargilə ilə aralarında bir neçə dəfə münaqişələri və mübahisələri olmuşdur. xx.xx.2025-ci il tarixdə isə evdə olan zaman Nargilənin əri Sahib ilə səbəbsiz yerə mübahisə etdiklərini görmüş, onları aralaşdırmaq üçün ortaya girmiş, ola bilsin ki, Nargiləni itələmişdir. Hazırda əməlindən peşman olmasını, hadisənin belə olmasının istəməməsini, Nargilə Rəhimlidən üzr istəməyə hazır olduğunu bildirmişdir. Məhkəmədən onun barəsində yüngül inzibati cərimə tənbeh növü təyin edilməsini xahiş etmişdir. İnzibati material üzrə zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, Sahib onun qaynatasıdır. Sahiblə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Lakin aralarında bir neçə dəfə münaqişə və mübahisə olmuşdur. Şəxs isə onun qayınatası Sahibin ikinci həyat yoldaşıdır. xx.xx.2025-ci il tarixdə evdə olan zaman qaynatası Sahib səbəbsiz yerə qaynatası Sahib ona naklayiq ifadə işlətmiş, qayınatası Sahibin sözünü ona qaytardıqda aralarında mübahisə baş vermiş, mübahisə zamanı qaynatası Sahibin həyat yoldaşı Samirə onları aralaşdırmaq üçün araya girmiş, onun boğazından tutub yerə yıxmışdır. Hazırda Şəxs ilə barışmaq istəmir, onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat vermiş inzibati material üzrə protokolu tərtib etmiş şəxs X7 izahatında göstərmişdir ki, inzibatı material üzrə tərəflərlə qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Təhqiqat materialları ona təqdim olunandan sonra protokol onun tərəfindən tərtib olunmuşdur. Protokol tərtib olunan zaman Şəxs əməlini səmimi etiraf etmiş, peşman olduğunu bildirmişdir. Onun barəsində cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan 31 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan sonuncu barəsində inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə Tərtər rayonun Hacıqərvənd kənd sakini X8 ilə gəlini X3 arasında sözlə mübahisə baş vermiş, mübahisə zamanı Şəxs Nargilə Rəhimlinin boğazından tutaraq onu yerə yıxaraq ona xəsarət yetirmişdir. İşdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta törədənin ailə vəziyyətini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-cİ il tarixdə Tərtər rayonun Hacıqərvənd kəndində X2 döymüşdür. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını və inzibati xəta törətmiş şəxsin təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar