Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-801/2025 25.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Tərtər rayonu Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, natamam orta təhsilli, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Dəmirçilər kəndində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 24 noyabr 2025-ci il tarixdə saat təxminən 11:25 radələrində Tərtər şəhər Nizami küçəsi ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün, şahid ifadəsi və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 24 noyabr 2025-ci il tarixdə saat təxminən 10:30 radələrində Tərtər rayon Məşğulluq idarəsinə getmişdir. Müraciəti ilə bağlı uzun müddətdir ki, gedir. Özü işsizdir.Özü işsizdir iş axtarır. Bununla bağlı dəfələrlə həmin ünvana getsədə heç bir nəticəsi olmamışdır. Dünəndə getmişdir, qapıda çoxlu növbə olduğundan tələsdiyinə görə növbə gözləmədən qabağa rəhbərliyin qəbuluna keçib oradakı məsul şəxslərdən birinə yaxınlaşıb demişdir ki, yoldaşının vəsiqəsinə baxıb desinlər ki, onun işi ilə bağlı avadanlıq gələcəkmi, ona yoldaşının özünün gəlməsini bildirmişlər. O da yoldaşının xəstə olduğundan gələ bilməyəcəyini bildirmişdir. Həmin əməkdaş onun sözünü qəbul etməyərək, ona çıxıb getməsini bildirmişdir. Bunun üstündə aralarında mübahisə olmuş, onlar DİNin 102 xidmətinə məlumat vermişlər. Daha sonra polis əməkdaşları gəlib ilk növbədə şikayət etmiş şəxsi dinləmişdir. Sonra polis əməkdaşı ona niyə burada səs-küy yaradıb, narahatçılıq etməsini demişdir. Daha sonra polis əməkdaşları ona polis şöbəsinə getməli olduğunu bildirmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu nəzərə alıb məhkəmədən barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən inzibati protokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, Şəxs rayon sakini kimi tanıyır, onunla ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Belə ki, Şəxs 24 noyabr 2025-ci il tarixdə saat təxminən 11:25 radələrində Tərtər şəhər Nizami küçəsi ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Onu dəfələrlə nizam-intizama dəvət etsələr də Şəxs öz hərəkətlərini davam etdirərək onların qanuni tələbinə qəsdən tabe olmadığı üçün onu Tərtər rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində onun tərəfindən Şəxs barəsində protokol tərtib edilmiş, əməlini etiraf etməmi, protokola imza etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in CAB-in əməliyyat müvəkkili polis baş leytenantı X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 11:17 radələrində X1 DİN-in 102 xidmətinə müraciət edərək Tərtər rayon Məşqulluq şöbəsində tanımadığı şəxsin kompüterləri qəsdən sındırmasını bildirmişdir. Dərhal əməliyyat istintaq qrupunun işçiləri ilə birlikdə hadisə yerinə getmişlər. Həmin vaxt Şəxs səsa-küy salmasını, məşğullu şöbəsiningündəlik iş rejiminə mane olmasını və nalayiq hərəkətlər etməsini görüb, onu nizam-intizama dəvət etmiş və nalayiq hərəkətlərinə son qoymasını ondan tələb etmişdir. Daha sonra onu dəfələrlə nizamintizama dəvət etsə də onun qanuni tələblərinə qəsdən məhəl qoymayaraq öz hərəkətlərini davam etdirmişdir. Bu səbəbdən həmin şəxsi məcburi Polis şöbəsində aparmış, həmin şəxslər barəsində raportla rəhbərliyə müraciət etmişlər. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 24 noyabr 2025-ci il tarixdə saat təxminən 11:25 radələrində Tərtər şəhər Nizami küçəsi ərazisində onu intizama dəvət edən polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşdə olan X6 Haqqında 24 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 24 noyabr 2025-ci il tarixdən saat 12:00-dan inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməlin, yəni polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması əməlinin törədilməsində təqsiri tam sübuta yetirilir. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlaməti olduğundan barəsində toplanılmış materiallar Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 24 noyabr 2025-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-801/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-801/2025
25.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver