Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-803/2025 25.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkən şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasınl mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, inzibati material 3 ya müddət keçdikdən sonra məhkəməyə verilmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün qərarın icraatına xitam verilməlidir. Belə ki, işdə olan Tərtər RPŞ DYP-in əməkdaşlarının tərtib etdiyi İXP ******* saylı xx.xx.2025-ci il tarixli protokoldan aydın olmuşdur ki, Şəxs idarə etdiyi “X1” markalı 99NN893 dövlət nömrə nişanlı avtomobili idarə edərək Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə nəzərdə tutulan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurmuşdur. Belə ki, 38.1-ci madəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, dövlət satınalmaları haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, o cümlədən əməyin mühafizəsi qaydalarının, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarının, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər.https://e-qanun.az/framework/46960 38.2. Bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır.https://eqanun.az/framework/46960 38.3. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə hesab edir ki, hazırki inzibati xəta hqqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 145-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-803/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-803/2025
25.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver