Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-804/2025 26.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, İnzibati material üzrə zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Yevlax rayonun Rüstəmli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Yevlax rayonun Su İdarəsində nizamlayıcı işləyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan Yevlax rayonun Rüstəmli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 28 sentyabr 2025-ci il tarixdə Tərtər rayon Bəyimsarov kəndində yerləşən X4 məxsus pambıq sahəsini xırda buynuzlu heyvanlarına otarmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı, zərərçəkmiş şəxsin ifadəsi və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, rəsmi olaraq heç birdə işləmir, fərdi əməklə məşğul olamaqla, xırda buynuzlu heyvan təsərrüfatı ilə məşğul olaraq ailəsini dolandırır. Tərtər rayonu Bəyimsarov kənd sakini X5 tanıyır. Onunla aralarında əvvəllər düşmənçilik olmamışdır. Özünə məxsus 60 baş xırda buynuzlu heyvanı vardır. Həmin xırda buynuzlu heyvanları həm özünə məxsus torpaq sahəsində, həm də icarəyə götürdüyü torpaq sahəsində otarır. Azər Abbasovun da icarə əsasında istifadəsində olan Tərtər rayonu Bəyimsarov kəndi ərazisində yerləşən torpaq sahəsi vardır.Həmin şəxs qeyd olunan torpaq sahəsinə pambıq bitkisini əkmişdir. Azər pambıq əkən ərəfələrdə bildirmişdir ki, torpaq sahəsinə pambıq əkir və buna görə də onun pambıq sahəsinin yaxınlığında heyvan otarılmasın. Ona bildirmişdir ki, onun pambıq sahəsinin yaxınlığında heyvanlarını otarmayacaqdır. Sözü gedən pambıq sahəsində 3 torpaq sahəsi qədər kənar məsafədə xırda buynuzlu heyvanlarını otarmış, xx.xx.2025-ci il tarixdə xırda buynuzlu heyvanlarını otaran zaman Azər Abbasovun onu yanına səsləmiş, yanına getdikdən sonra Azər pambıq sahəsinin içərisində olan xırda buynuzlu heyvan nəcisini göstərib pambıq sahəsinin otarıldığını demişdir. Ona pambıq sahəsinə xırda buynuzlu heyvanların daxil olmadığını, ərazidə ondan başqa heyvan otaran şəxslərin heyvanlarının pambıq sahəsinə daxil olduğunu demişdir, lakin Azər təkidlə pambıq sahəsinə daxil olan heyvanın ona məxsus xırda buynuzlu heyvanlar olduğunu demiş və söhbət zamanı Azər DİN-in 102 xidmətinə zəng edərək pambıq sahəsinin xırda buynuzlu heyvanlar tərəfindən otarılması barədə məlumat vermişdir. Şəxs məhkəmə araşdırmaları zamanı xirda buynuzlu heyvanları Azər Abbasovun pambıq sahəsinə salmadığını bildirsə də məhkəmədən aşağı həddə cərimə olunmasını xahiş etmişdir. Məhkəmə iclasında inzibati material üzrə zərərçəkmiş şəxs X6 izhatında göstərmişdir ki, onun şikayəti əsasında Tərtər rayon Polis Şöbəsində araşdırma aparılmışdır. Həmin araşdırma zamanı təsdiq olunmuşdur ki, Şəxs özünə məxsus 60 baş xırda buynuzlu heyvanlarını ona məxsus pambıq sahəsində otarmaqla ona ziyanlıq vurmuşdur. Əməlini etiraf etmədiyinə görə ondan şikayət etmişdir. Cinayət işinin rədd olunması barədə qərarında olan izahatını təsdiq edir. Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs qismində dindirilən X3 izahatında göstərmişdir ki, Şəxs və zərərçəkmiş şəxsi əvvəllər tanımamış, onlarla qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Belə ki, icraatına daxil olmuş material əsasında Şəxs barəsində protokolu o tərtib etmişdir. Şəxs protokola imza etmiş, əməlini qismən etiraf etmişdir. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı bir daha təsdiq olundu ki, Şəxs 28 sentyabr 2025-ci il tarixdə Tərtər rayon Bəyimsarov kəndində yerləşən X4 məxsus pambıq sahəsini xırda buynuzlu heyvanlarına otarmışdır. İş materiallarında olan 13 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Şəxs əməlində AR İXM-in 232-1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmişdir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş vurulmuş ziyanın bir misli məbləğində «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğində 190 (yüz doxsan) manat inzibati cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-804/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-804/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver