Məhkəmə qərarları › İş №3(061)-809/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-809/2025

27.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-809/2025 27.11.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Qəbələ rayonun Nohurqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Ağdərə rayon Suqovuşan qəsəbəsi Azərbaycan Respublikası MN-in N saylı hərbi hissədə MİS-in rəisi vəzifəsində işləyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 19 oktyabr 2025-ci il tarixdə Tərtər şəhəri H.Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, ondan şikayət edən X5 ilə qonşudur, onunla aralarında əvvəllər ədavət və düşmənşilik olmamışdır. Tərtər şəhəri V.Həsənov küçəsində ailəsi ilə birlikdə yaşayır. Azərbaycan Respublikası MN-in 866 nömrəli HH-in MİX-nin rəisi işləyir. X5 ilə qonşudur, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində həyətdə xırda buynuzlu heyvanlarına ot üyüdən vaxt, qonşusu Mehman onun yanına gəlib onu nalayiq ifadələrlə təhqir etmişdir. O ot üyüdəni saxlayıb, Mehmandan niyə onu söydüyünü soruşduqda Mehman təkrarən onu söyüb təhqir etdiyindən o da Mehman söyüb təhqir etmişdir. Həmin vaxt tanımadığı Mehmanın yanında olan bir nəfər şəxs Mehmanı sakitləşdirib aparmışdır. Bundan sonra Mehman barəsində DİN-in 102 xitmətinə məlumat vermişdir. xx.xx.2025-ci il tarixdə saat 11:30 radələrində o Tərtər şəhəri H.Əliyev prospektində dayandığı zaman tanımadığı bir nəfər şəxs ona yaxınlaşıb onunla görüşüb dayısı Mehmanla aralarında nə mübahisə baş verdiyini soruşmuş, həmin şəxslə söhbət edən zamanMehman onların yanına gəlib onu nalayiq ifadələrlə təhqir etməyə başlamış və üstünə cumaraq ona təpik atmış, yanlarında olan adını bilmədiyi şəxs Mehmanı sakitləşdirib aparmışdır. Bundan sonra o DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Buna baxmayaraq hazırda barışıblar, əməlindən peşman olduğundan, himayəsində xəstə övladı olduğundan ona yüngül cərimnə cəzası verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, ondan şikayət edən X6 ilə qonşudur, onunla aralarında əvvəllər ədavət və düşmənşilik olmamışdır. 18 oktyabr 2025-ci il tarixdə saat təxminən 15 radələrində qonşusu Səbuhi Kamilov həyətində ot üyütdüyündən həmin otun tozu da onun həyətinə gəldiyi üçün o Səbuhi Kamilovun həyətinə gedib ona üyütdüyü otun tozu onun həyətində gəldiyindən işini saxlamasını demişdir. Həmin vaxt Səbuhi Kamilov onu nalayiq ifadələrlə təhqir etməyə başlamış və yerdən daş götürüb onu həyətdən qovmuşdur.Səbuhi Kamilov onu təhqir etdiyindən o da Səbuhi Kamilovun təhqir edərək həyətindən çıxmışdır.xx.xx.2025-ci il tarixdə saat təxminən 11:30 radələrində Tərtər şəhər HşƏliyev prospektində olan zamanSəbuhi Kamilovun yolun kənarında olduğunu görüb ona yaxınlaşıb ona “sənə axırıncı dəfə xəbərdarlıq edirəm həyətində bir də ot üyütmə onun tozu mənim həyətimə gəlir” demişdir. Həmin vaxt Səbuhi Kamilov onu nalayiq ifadələrlə təhqir edərək onun haqqında xoşa gəlməz ifadələr işlətmişdir. Səbuhi Kamilov onu təhqir etdiyindən o da Səbuhi Kamilovu təhqir etmişdir. Buna baxmayaraq hazırda Səbuhi Kamilov əməlindən peşman olduğundan, qonşu olduğundan ondan şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, inzibati material üzrə tərəfləri protokol tərtib etdiyi vaxtdan tanıyır, onlara qarşı qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təsdiq edir ki, ona təqdim olunmuş material əsasında protokol tərtib etmişdir. Belə ki, Şəxs 19 oktyabr 2025-ci il tarixdə Tərtər şəhəri H.Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin izahatı, iş materialları ilə bir daha təsdiq olundu ki, Şəxs 19 oktybar 2025-ci il tarixdə Tərtər şəhəri H.Əliyev prospektində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar