Məhkəmə qərarları › İş №3(061)-828/2025

Tərtər Rayon Məhkəməsi Qərardad — İş №3(061)-828/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 3(061)-828/2025 03.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə, X1 Tərtər Rayon Yol Patrul Xidmətinin inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayətə 03 dekabr 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏNETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Tərtər rayon Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində cərimə olunduğunu və həmin cəriməsin silinməsini xahiş etmişdir. Məhkəmə həmin şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır Belə ki, Azərbaycan Respublikası İXM-nin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Göründüyü kimi, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermə nəzərdə tutulmuşdur. Şikayətin məzmunundan və əlavə edilmiş materiallarından görünür ki, X3 barəsində Tərtər Rayon Yol Patrul Xidmətinin inspektoru polis serjantı X2 tərəfindən Azərbaycan Respublikası İXM-nin 342.2.2ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, həmin inzibati xəta haqqında protokol əsasında qəbul edildiyi iddia olunan inzibati xəta haqqında qərar şikayətə əlavə edilməmiş, nə də ki, qəbul edildiyi iddia olunan inzibati xəta haqqında qərardan şikayət verilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olubolmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Yuxarıda qeyd edildiyi kimi hazırki iş üzrə qəbul edildiyi iddia olunan inzibati xəta haqqında qərarın surəti iş materiallarına əlavə edilməmişdir. Belə olan halda hazırkı vəziyyətdə məhkəmənin qanuniliyini yoxlamalı olduğu qərarın həqiqətən də mövcud olub-olmamasını müəyyən etmək mümkün deyildir. Göstərilən xüsusatlar hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də şikayət geri qaytarılmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, qərarın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddəttləri gözləməklə yenidən məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 106-cı maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: X1 Tərtər Rayon Yol Patrul Xidmətinin inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayəti və şikayətə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, qərardadın təsviri hissəsində göstərilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətləri gözləməklə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. HAKİM: TAHİR QUBADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar