Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-829/2025 25.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, evli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 26 oktyabr 2025-ci il tarixdə saat 19 radələrində Tərtər-Hindarx avtomobil yolunun Qarağacı kənd ərazisində, Tərtər rayonu Şıxarx qəsəbəsi bina 29 mənzil 22-də yaşayan, Zərərçəkmiş şəxs idarə etdiyi “Qaz-3221” markalı, 02-BĞ-790 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ünvan 1-də yaşayan Şəxs idarə etdiyi “Tofaş şahin” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, 26 oktyabr 2025-ci il tarixdə saat 19 radələrində Tərtər-Hindarx avtomobil yolunun Qarağacı kənd ərazisində, Tərtər rayonu Şıxarx qəsəbəsi bina 29 mənzil 22-də yaşayan, Zərərçəkmiş şəxs idarə etdiyi “Qaz-3221” markalı, 02-BĞ-790 dövlət qeydiyyat nömrə nişanlı avtomobilini idarə etdiyi “Tofaş şahin” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə ehtiyatsızlıqdan arxadan vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Polis əməkdaşları avtomobilləri Tərtər RPŞ-in duracağına yerləşdirmişlər. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Əməlindən peşman olduğunu, bir daha bu cür hallara yol verməyəcəyini bildirərək barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati material üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs Bəhman oğlu izahatında göstərmişdir ki, 26 oktyabr 2025-ci il tarixdə saat 19 radələrində Tərtər- Hindarx avtomobil yolunun Qarağacı kənd ərazisində idarə etdiyi “Qaz-3221” markalı, 02-BĞ-790 dövlət qeydiyyat nömrə nişanlı avtomobilini saxladığı yerdə ünvan 1-də yaşayan Şəxs idarə etdiyi “Tofaş şahin” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Hazırda ona vurulmuş ziyanlıq ödənilmişdir. Şəxs şikayəti, tələbi və mülki iddiası yoxdur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 26 oktyabr 2025-ci il tarixdə saat 19 radələrində Tərtər-Hindarx avtomobil yolunun Qarağacı kənd ərazisində, Tərtər rayonu Şıxarx qəsəbəsi bina 29 mənzil 22-də yaşayan, Zərərçəkmiş şəxs idarə etdiyi “Qaz-3221” markalı, 02-BĞ- 790 dövlət qeydiyyat nömrə nişanlı avtomobili ünvan 1-də yaşayan Şəxs idarə etdiyi “Tofaş şahin” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobillə vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən, bu Məcəlləninn 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasına görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə göstərilən halları nəzərə alıb, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 500(beş yüz) manat cərimə inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-829/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-829/2025
25.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver