Məhkəmə qərarları › İş №3(061)-841/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-841/2025

03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-841/2025 03.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, İnzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1988-ci ildə Şəki rayonu Başlayısqı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Şəki rayonu Başlayısqı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 17 noyabr 2025-ci il tarixdə saat 16:02-də Ağdərə rayonu ərazisində X4 ilə iş yoldaşı Şəxs digər iş yoldaşlarının yanında səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Əhmədov Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, ondan şikayət edən X3 iş yoldaşı kimi tanıyır, onunla aralarında əvvəllər ədavət və düşmənşilik olmamışdır. 17 noyabr 2025-ci il tarixdə iələdikləri iş sahəsində olduqları zaman Mahirə zəng edərək pikapın onun yanına gəlməsini demişdir. Ona gələcəyini bildirməsinə baxmayaraq çıxıb getmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə baş baş vermiş, onlar birbirlərini uca səslə nalayiq ifadələrlə təhqir etmişlər. Onları Tərtər RPŞ-nə dəvət edib, barələrində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşman olduğunu, X4 ilə barışmış bir-birlərinə qarşı bir daha hörmətsizlik etməyəcəyini və ona yüngül cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, barəsində şikayət edən şəxs Şəxs iş yoldaşı kimi tanıyır, onunla aralarında əvvəllər ədavət və düşmənşilik olmamışdır. 17 noyabr 2025-ci il tarixdə iələdikləri iş sahəsində olduqları zaman bir-birlərini anlamadıqlarından aralarında sözlə mübahisə baş baş vermiş, onlar bir-birlərini uca səslə nalayiq ifadələrlə təhqir etmişlər. Onları Tərtər RPŞ-nə dəvət edib, barələrində protokol tərtib olunmuşdur. Hazırda barışdıqlarından əməllərindən peşman olduqlarndan, bir-birlərinə qarşı şikayətçi olmadıqlarından onlara yüngül cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X5 izahatında göstərmişdir ki, inzibati material üzrə tərəfləri protokol tərtib etdiyi vaxtdan tanıyır, onlara qarşı qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təsdiq edir ki, ona təqdim olunmuş material əsasında protokol tərtib etmişdir. Belə ki, Şəxs 17 noyabr 2025-ci il tarixdə saat 16:02-də Ağdərə rayonu ərazisində X4 ilə iş yoldaşı Şəxs digər iş yoldaşlarının yanında səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin izahatı, iş materialları ilə bir daha təsdiq olundu ki, Şəxs 17 noyabr 2025-ci il tarixdə saat 16:02-də Ağdərə rayonu ərazisində X4 ilə iş yoldaşı Şəxs digər iş yoldaşlarının yanında səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Şəki rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar