Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-85/2025 13.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə zərərçəkmiş şəxsin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.2001–ci il tarixdə Tərtər rayonu Seydimli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, subay, orta təhsilli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Seydimli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs 30 dekabr 2024-cü il tarixdə Tərtər rayonu Qaradağlı kənd ərazisində yerləşən T-39 reper nömrəli subartezian quyusundan VPP-25 markalı 27 metr cərəyandaşıyıcı kabeli oğurlamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan xırda talama əməlini törətmişdir. Şəxs əməli özünün etiraf edici ifadəsi, barəsində tərtib olunmuş protokol və protokola əlavə olunmuş sənədlərlə tam təsdiqini tapmışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən 30 dekabr 2024-cü il tarixdə Tərtər rayonu Qaradağlı kənd ərazisində yerləşən T-39 reper nömrəli subartezian quyusundan VPP-25 markalı 27 metr cərəyandaşıyıcı kabeli oğurlamışdır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi X3 məhkəmə iclası zamanı təmsil etdiyi təşkilatın adından məhkəməyə rəsmi məktub təqdim edərək Tərtər rayon Qaradağlı kəndi ərazisində yerləşən Tərtər SMSİİ-in balansında olan T-39 reper nömrəli subartezian quyusunun xx.xx.2024-cü il tarixdə Tərtər rayon Seydimli kənd sakini Şəxs tərəfindən kəsilərək oğurlanmış VPP 25 mm markalı 27 metr cərəyandaşıyıcısı kabelinin əvəzinə onun atası X2 tərəfindən yenisi alınaraq Tərtər SMSİİ-yə qaytarılmışdır. T-39 reper nömrəli subartezian quyusuna quraşdırılmışdır. Hal-hazırda subartezian quyusu işlək vəziyyətdədir. Bununla belə Şəxs hadisədən sonra təşkilata dəymiş dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Şəxs bir şikayət və tələbi yoxdur. Ona görə də Şəxs dəymiş ziyanlığı tam ödəməsini, əməlindən peşman olmasını və cavanlığını nəzərə alıb Şəxs məsuliyyətdən azad edib, barəsində olan inzibati materialın icraatına xitam verilməisi məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan zərərçəkmiş şəxsin nümayəndəsinin tərəfindən təqdim olunmu ərizədən görünür ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra ona dəymiş ziyanı ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin Şəxs heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, dolayısı ilə zərərçəkmiş şəxs Şəxs şikayət və tələbinin olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.10–cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-85/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-85/2025
13.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver