Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-869/2025 04.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Kəlbəcər rayonu Qaraçanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Yevlax şəhəri Ə.Baxşıyev küçəsində yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 03 dekabr 2025-ci il tarixdə saat 10:30 radələrində Ağdərə rayonu Heyvalı kənd ərazisində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 03 dekabr 2025-ci il tarixdə işlədiyi Ağdərə rayonundan evə qayıdan zaman ehtiyac üzündən yəni yol pulu və yanacaq pulu əldə etmək üçün məcburiyyətdən yolda olan dəmir və nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş şurup və müxtəlif ölçüdə volt və qaykaları toplayıb özünə məxsus olan **-GV-*** dövlət qeydiyat nömrə nişanlı “Pajero” markalı avtomobilinə kükləmişdir. Ağdərə rayonundan keçərkən polis əməkdaşları müvafiq icazənin olub-olmamasını, həmçinin avtomobilinə keçiriləcək yoxlama zamanı yüklədiyi əşyalar aşkar edilmişdir. Həmin evində onkoloji xəstə olduğu üçün əsəbləşib, uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Daha sonra onu Tərtər RPŞ-nə dəvət edib, barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşman olduğunu, polis əməkdaşlarından üzr istədiyini, bir daha hörmətsizlik etməyəcəyini nəzərə alıb və ona yüngül cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X2 izahatında göstərmişdir ki, inzibati material üzrə tərəfləri protokol tərtib etdiyi vaxtdan tanıyır, onlara qarşı qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təsdiq edir ki, ona təqdim olunmuş material əsasında protokol tərtib etmişdir. Belə ki, X3 17 noyabr 2025-ci il tarixdə saat 16:02-də Ağdərə rayonu ərazisində X4 ilə iş yoldaşı X3 digər iş yoldaşlarının yanında səs-küy salaraq nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Məhkəmədən Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclası zamanı iş materialları ilə bir daha təsdiq olundu ki, Şəxs 03 dekabr 2025-ci il tarixdə saat 10:30-də Ağdərə rayonu Heyvalı kənd ərazisində uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. İş materiallarına əlavə olunmuş X7 Haqqında 03 dekabr 2025-ci il tarixli protokoldan aydın olur ki, Şəxs 03 dekabr 2025-ci il tarixdən saat 12:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-869/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-869/2025
04.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver