Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-870/2025 05.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs X1, İnzibati material üzrə şikayət verən şəxs X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Tərtər rayonu Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Dəmirçilər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Tərtər Rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 05 dekabr 2025-ci il tarixdə saat 11:40 radələrində Tərtər rayon Mərkəzi Bazarında AQTA-nin əməkdaşlarının reyd keçirilməsinə uca səslə danışaraq maneçilik törətməklə ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, 05 dekabr 2025-ci il tarixdə saat 11:40 radələrində Tərtər rayon Mərkəzi Bazarında AQTA-nin əməkdaşlarının reyd keçirən zaman uca səslə danışaraq onlara qonşu ət satan şəxsə köməklik etmələrini xahiş etmişdir. Daha sonra onu Tərtər RPŞ-nə dəvət edib, barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşman olduğunu, bir daha hərəkətlərə yol verməyəcəyini nəzərə alıb və ona yüngül cərimə cəzasının verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs X5 oğlu izahatında göstərmişdir ki, inzibati material üzrə tərəfləri protokol tərtib etdiyi vaxtdan tanıyır, onlara qarşı qohumluğu, ədavəti və düşmənçiliyi yoxdur. Təsdiq edir ki, ona təqdim olunmuş material əsasında protokol tərtib etmişdir. Belə ki, Şəxs 05 dekabr 2025-ci il tarixdə saat 11:40 radələrində Tərtər rayon Mərkəzi Bazarında AQTA-nin əməkdaşlarının reyd keçirilməsinə uca səslə danışaraq maneçilik törətməklə ictimai qaydanı pozmuşdur. Şəxs barəsində protokol özünün iştirakı ilə tərtib olunmuş, protokola imza edərək, əməlini səmimi etiraf etmiş, peşman olduğunu bildirmişdir. Şəxs barəsində qanuna müvafiq qaydada qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında inzibati material üzrə şikayət verən şəxs X3 izahatında göstərmişdir ki, Tərtər rayon Mərkəzi Bazarında Cənab Prezidentin 199 saylı sərəncamı əsasında keçirilən reyd zamanı Tərtər rayon sakini Sadiq adlı qəssab onların keçirtdikləri reydə müdaxilə edərək, uca səslə danışaraq və qəssablar arasında təşviş yaradaraq maneçilik törətmişdir. Həmçinin Baytarlıq – sanitariya ekspertizasından keçmədən ət satışını həyata keçirən X4 ət satışının qarşısını aldıqları zaman onlara ciddi maneçilik törətmişdir. Beləliklə, məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin izahatı, iş materialları ilə bir daha təsdiq olundu ki, Şəxs 05 dekabr 2025-ci il tarixdə saat 11:40-də Tərtər rayon Mərkəzi Bazarında AQTA-nin əməkdaşlarının reyd keçirilməsinə uca səslə danışaraq maneçilik törətməklə ictimai qaydanı pozmuşdur. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş «cərimə» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Tərtər rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-870/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-870/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver