Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-875/2025 18.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X7 oğlunun katibliyi Qərarından şikayət verilən Tərtər rayon Yol Patrul Xidməti inspektoru X1 Şikayət verən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN Tərtər rayon Yol Patrul Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayətə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Tərtər rayon Yol Patrul Xidməti inspektoru X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərara əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə olunması qərara alınmışdır. X5 məhkəməyə şikayət verərək, X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət verən X5 şikayətini müdafiə edərək izahatına göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Tərtər rayonu, Seydimli kəndi ərazisində “VAZ 21074” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilinə hərəkətdə olarkən Tərtər rayon Yol Patrul Xidməti inspektoru X4 tərəfindən saxlanılaraq avtomobilinə quraşdırdığı kustar üsulla hazırlanmış yük baqajına görə avtomobili Tərtər rayon Polis Şöbəsinin cərimə meydançasına aparılmış və barəsində 150 manat cərimə inzibati tənbehi tətbiq edilmişdir. Razılaşır ki, avtomobilinin üzərinə quraşdırdığı yük baqajı zavod istehsallı olmayıb kustar üsulla hazırlanmış yük baqajı olmaqla qanunsuz olmuşdur. Lakin, qüsur yerində qaldırıla bilərdi. Avtomobilin cərimə meydançasına aparılması qanunsuz idi. Doğrudur avtomobilini cərimə meydançasında saxlamayıb özünə qaytarmışlar. Qeyd olunanlara əsasən hesab edir ki, sözügedən qərar əsassız və qanunsuzdur. Ona görə də barəsində X4 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında qərarından şikayət verilən Tərtər rayon Yol Patrul Xidməti inspektoru X4 izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Tərtər rayonu, Seydimli kəndi ərazisində xidmətdə olarkən X2 idarə etdiyi “VAZ 21074” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələblərin pozulması ilə avadanlığın, yəni kustar üsulla hazırlanan yük baqajının quraşdırıldığını aşkar edib avtomobili Tərtər rayon Polis Şöbəsinin duracağına aparmışdır. Müvafiq sənədləşmə işi apardıqdan sonra Azərbaycan Respublikası İXM-nin 342.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və avtomibil X3 qaytarmışdır. Həmin inzibati xəta haqqında protokol əsasında xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilərək törətdiyi inzibati xətaya görə X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və onun 150 manat məbləğində cərimə olunması qərara alınmışdır. Bir daha məhkəmənin diqqətinə çatdırır ki, sözügedən yük baqajı kustar üsulla hazırlanmaqla normativ tələblərə uyğun olmamışdır. Qeyd olunanlara əsasən hesab edir ki, X2 barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar tamamilə qanunidir. Ona görə də məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan Tərtər rayon Yol Patrul Xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə X5 tərəfindən “VAZ 21074” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə kustar üsulla hazırlanan yük baqajı quraşdırmaqla “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması” qaydasını pozması aşkar olunmuşdur. Onun əməli Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə tövsif edilmişdir. İşdə olan DİN-nin DYP Veb Portalından çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 özünə məxsus “VAZ 21074” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə kustar üsulla hazırlanan yük baqajını quraşdırmaqla “nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla avadanlığın quraşdırılması” qaydasını pozduğu üçün xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərara əsasən onun Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İşdə olan qərarından şikayət verilmiş Tərtər rayon Yol Patrul Xidməti inspektoru X4 tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkildən görünür ki, X5 özünə məxsus “VAZ 21074” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə kustar üsulla hazırlanan yük baqajı quraşdırmışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə araşdırması zamanı şikayət verən şəxs X2 və qərarından şikayət verilən X1 izahatlarından, məhkəmə iclasında tədqiq edilən inzibati xəta haqqında qərar və işin digər materialları ilə müəyyən olundu ki, X5 idarə etdiyi “VAZ 21074” minik markalı, **- LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə normativ tələbləri pozulması ilə avadanlıq, yəni kustar üsulla hazırlanan yük baqajı quraşdırmışdır. Bununla da, o, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xətaya görə barəsində xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən, o, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqqsirli bilinmiş və onun 150 manat məbləğində inzibati tənbeh növündə cərimə edilməsi qərara alınmışdır. X5 həmin qərarla razılaşmayaraq məhkəməyə şikayət vermişdir. Məhkəmə iclasında X5 verdiyi izahatında “VAZ 21074” minik markalı, **-LE-*** dövlət qeydiyyat nişanlı avtomobilə quraşdırdığı yük baqajının zavod istehsallı olmayıb kustar üsulla hazırlanmış yük baqajı olmaqla qanunsuz olmasını özü də təsdiq etmişdir. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq, şikayət verən şəxs X2 və qərarından şikayət verilən X1 izahatlarına, məhkəmə iclasında tədqiq edilən iş materiallarına məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, X2 əməli inzibati orqan tərəfindən düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə töfsif edilmişdir. Ona istinad olunan Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmə iclasında yuxarıda sadalanan qaydada sübut olunmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət əsassızdır. X2 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qanuni olduğundan şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 130 və 137.2-ci maddələrini rəhbər tutatarq, QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Tərtər rayon Yol Patrul Xidməti inspektoru X6 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN : TAHİR QUBADOV
Məhkəmə qərarları › İş №3(061)-875/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-875/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver