Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-883/2025 11.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Tərtər rayonu Bayandur kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Bayandur kəndində yaşayan Şəxs barəsində Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Tərtər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(061)-108/2025 saylı icra sənədi üzrə “A+CO” ASC-in xeyrinə cəmi 6306 manat pul borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(061)-108/2025 saylı icra sənədi üzrə 6306 manat pul borcunun tələbkar “A+CO” ASC-in xeyrinə verməlidir. Buna baxmayaraq həm maddi imkanı olmadığından həm də tələbkara borcunu ay-bəay ödəməsinə təklif etsə də tələbkar razı olmadığından ödəməmişdir. Şəxs eyni zamanda onu da qeyd etmişdir ki, məhkəmə tərəfindən borcunun ödənilməsi üçün möhlət verilsə belə həmin boru nə tam şəkildə nə də yarısını belə ödəyə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak edən Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(061)-108/2025 saylı icra sənədi üzrə “A+CO” ASC-in xeyrinə cəmi 6306 manat pul borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də barəsində tərtib etdiyi protokolu müdafiə edir, qanuni tədbir görülməsini xahiş edir. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(061)-108/2025 saylı icra sənədi üzrə borclu Şəxs “A+CO” ASC-in xeyrinə cəmi 6306 manat pul tutulmalıdır. İş materiallarından aydın olur ki, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, borclunun izahatı alınmışdır. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarnın surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, borclunun izahatını, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 25 fevral 2025-ci il tarixli 2(061)-108/2025 saylı icra sənədi üzrə “A+CO” ASC-in xeyrinə cəmi 6306 manat pul borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 08 (səkkiz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 11 dekabr 2025-ci il tarixdən saat 16:37-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-883/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-883/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver