Məhkəmə qərarları › İş №3(061)-885/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-885/2025

11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-885/2025 11.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Qubadov Tahir Möhsüm oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də rəngsaz işləyən, evli, Tərtər şəhəri, F.Qulami küçəsi, ev 23-də qeydiyyatda olan Şəxs barəsində Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və əlavə edilmiş materiallara 11 dekabr 2025-ci il tarixdə Tərtər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tərtər rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şadman Dəmirov xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolla məhkəməyə müraciət edərək Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X3 xeyrinə verilməsi qət edilmişdir. İcra sənədi Tərtər rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Şəxs icra sənədinin tam icrasını təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmədiyi üçün Şəxs Tərtər Rayon Məhkəməsinin 3(061)-1404/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarına əsasən 08 gün müddətə inzibati həbs olunmuşdur. Bundan sonra da dəfələrlə xəbərdarlıq edilmiş, izahatı alınmış, lakin borclu qərəzli şəkildə aliment borcunu tam ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında protokol tərtib edilən vaxta borclunun 2520 manat borcu yaranmışdır. Bununla da, borclu Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Ona görə də borclu barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs bildirmişdir ki, əvvəllər işləməmişdir. Hazırda xx.xx.2025-ci il tarixdən başlayaraq "xxxx" MMC-də rəngsaz işləyir. Maddi imkanı olmadığı üçün alimenti ödəməmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin alınıb tələbkar X3 xeyrinə verilməsi qət edilmişdir İşdə olan “icraata başlamaq haqqında” xx.xx.2024-cü il tarixli qərarın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında Tərtər rayon İcra və Probasiya Şöbəsində icra işi başlanılmışdır. İşdə olan Tərtər Rayon Məhkəməsinin 3(061)-1404/2024 saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarının surətindən görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etmədiyi üçün xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməkdə təqsirli bilinmiş və barəsində 08 gün müddətinə həbs inzibati tənbehi tətbiq edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədini icra etmədiyi üçün barəsində icra məmuru tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı icra məmurunun, inzibati xəta törətmiş şəxsin izahatları və tədqiq edilən iş materialları ilə müəyyən olunmuşdur ki, borclu Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi əsasında icra məmurunun tələblərini qərəzli olaraq yerinə yetirməmiş və barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə eyni inzibati xətanı təkrar törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət yaranır. Azərbaycan Respublikası İXM-nin 32 və 33-cü maddələrinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xatakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə Şəxs il ərzində eyni əmələ görə inzibati tənbeh tədbirinə məruz qalmasına baxmayaraq eyni xətanı təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə işin yuxarıda müəyyən olunmuş hallarına əsaslanaraq belə qənaətə gəlir ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1505/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirmədiyi üçün inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törətdiyi üçün onun əməli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinin tərkibini yaratmışdır. O, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 137.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan bu Məcəllənin 130-cu maddəsində nəzərdə tutulmuş müddətdə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130, 137-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə «həbs» inzibati tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından həbsə alınsın və həbsin əvvəli 11 dekabr 2025-ci il tarixdən saat 19:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməəsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tahir Qubadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar