Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-890/2025 15.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər şəhəri Azər Şəmilov küçəsi ev 1-də yaşayan Şəxs barəsində Tərtər rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Tərtər Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(061)-593/2020 saylı icra sənədi üzrə 2302 manat aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün izahatı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(061)-593/2020 saylı icra sənədi üzrə 2302 manat aliment borcunu tələbkar X2 ödəməlidir. Aliment borcunun ödəməməsinin əsas səbəbi işləməməsi və xəstə olması olmuşdur. Şəxs eyni zamanda onu da qeyd etmişdir ki, məhkəmə tərəfindən borcunun ödənilməsi üçün möhlət verilsə belə həmin boru nə tam şəkildə nə də yarısını belə ödəyə bilməyəcəkdir. Məhkəmə iclasında iştirak edən Tərtər Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(061)-593/2020 saylı icra sənədi üzrə 2302 manat aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək və icra sənədini üzrsüz səbəbdən icra etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun 15 dekabr 2025-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, borclunun tələbkara 2302 manat aliment borcu vardır. İşdə olan Tərtər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10(on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 15 noyabr 2024-cü il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10(on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Tərtər Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli qərarın təsdiq olunmuş surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 15(on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarından aydın olur ki, həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası haqqında bildiriş, borclunun izahatı alınmışdır. İşdə olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2025-ci il tarixli qərarnın surətindən görünür ki, icra sənədi üzrə borclu Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan bildiriş və xəbərdarlıqın təsdiq olunmuş surətlərindən görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, borclunun izahatını, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Tərtər Rayon Məhkəməsinin 31 may 2020-ci il tarixli 2(061)-593/2020 saylı icra sənədi üzrə 2303 manat aliment borcunun icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1- 1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş «həbs» inzibati tənbehinin təyin edilməsi törədilmiş inzibati xətanın xarakterinə və dərəcəsinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 15 (on beş) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 15 dekabr 2025-ci il tarixdən saat 18:20-dən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-890/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-890/2025
15.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver