Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-892/2025 18.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və etibarnamə üzrə nümayəndəsi X3, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1994-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, subay, deməsinə görə Tərtər rayon Mərkəzi Xəstəxanasında insan resursları şöbəsinə mütəxəssis işləyən, əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan X7 barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1170/2023 saylı icra sənədinə əsasən iddiaçı X2 övladı-xx.xx.2023cü il təvəllüdlü X6 ilə hər ayın 2-ci həftəsinin bazar günü saat 10:00-dan 13:00-dək, 4-cü həftəsinin bazar günü saat 14:00-dək ünsiyyət hüququ təmin olunmuşdur. Borclu Şəxs icra sənədinin icrasına maneə törətməklə, icra məmurunun qanuni tələbinə qəsdən əməl etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1170/2023 saylı icra sənədinə əsasən iddiaçı X2 övladı-xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər ayın 2-ci həftəsinin bazar günü saat 10:00-dan 13:00-dək, 4-cü həftəsinin bazar günü saat 14:00-dək ünsiyyət hüququ təmin olunmuşdur. Lakin o icra sənədinin icrasından bilərəkdən yayınmamışdır. İş üzrə tələbkar uşağın atasıdır. Uşağı ilə ünsiyyətdə olmaq onun hüququdur. Sadəcə olaraq uşağın xəstəliyi ilə əlaqədar Bakı şəhərinə müalicəyə apardıqlarından tələbkarın uşaqla ünsiyyət hüququ təmin olunmamışdır. Borclu və nümayəndəsi məhkəmə iclası zamanı ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2023-cü il təvəllüdlü X6 adlı uşağı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi “Narınc” X1 apardıqları üçün uşağın atası ilə görüşü üzürlü səbəbdən mümkün olmamışdır. Bundan sonra söz verir ki, uşaqla ünsiyyətə maneçilik törətməyəcəkdir, icra sənədinin icrasından boyun qaçırmayacaqdır. Əməlindən peşmandır. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 izahatında göstərmişdir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-1170/2023 saylı icra sənədinə əsasən iddiaçı X2 övladı-xx.xx.2023-cü il təvəllüdlü X6 ilə hər ayın 2-ci həftəsinin bazar günü saat 10:00-dan 13:00-dək, 4-cü həftəsinin bazar günü saat 14:00-dək ünsiyyət hüququ təmin olunmuşdur. Borclu Şəxs icra sənədinin icrasına maneə törətməklə, icra məmurunun qanuni tələbinə qəsdən əməl etməməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. Odur ki, məhkəmədən X4 barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad ediməsin məhkəmənin mülahizəsinə buraxır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və onun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu X4 əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-892/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-892/2025
18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver