Məhkəmə qərarları › İş №3(061)-893/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-893/2025

16.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-893/2025 16.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İnzibati material üzrə protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci ildə Ağdam rayonu Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, inzibati qaydada həbs olunmamış, əlilliyi olmayan, Tərtər rayonu Səhləbad kəndində yaşayan Şəxs barəsində Tərtər rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə olan materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs 15 dekabr 2025-cü il tarixdə saat təxminən 16:50 radələrində Tərtər rayonun Səhləbad kəndində uca səslə ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş və onu intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, 15 dekabr 2025-ci il tarixdə Səhləbad kənd ayrıcılığında içkili olduğu üçün telefonla danışarkən uca səslə ünvansız nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edib, onun hərəkətləırinin qanunsuz olduğunu ona izah etmişlər. Polis əməkdaşları onu nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymamış, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də onu məcburi RPŞ-nə aparıblar. Onun barəsində inzibati protokol tərtib olunmuşdur. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh növü təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Tərtər RPŞ-in İTB-in sahə rəisi X2 izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi, əvvəllər tanımamış, onunla qohumluğu, ədavəti və düşmənçiliyi olmamışdır. Belə ki, Şəxs barəsində onun tərəfindən protokol tərtib edilmiş və izahatı alınmışdır. Əməlini səmimi etiraf etmiş, əməlindən peşman olmasını bildirmişdir. Məhkəmə iclasında da əməlini etiraf etmiş, peşman olduğunu bildirmiş və cərimə olunmasını xahiş etmişdir. Barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilən Tərtər RPŞ-in PPXB-in polis nəfəri polis baş serjantı X4 izahatında göstərmişdir ki, 15 dekabr 2025-ci il tarixdə Tərtər RPŞ-in PPXB-nin polis nəfəri Fərid Xəlilli ilə birlikdə ünvan 2 ünvansız nalayiq ifadələr işlətdiyini və ictimai asayişi pozduğunun şahidi olub ona yaxınlaşıb, özlərini təqdim edib, pozduğu inzibati xətani izah edərək barəsində tədbir görülməsi üşün polis şöbəsinə dəvət etmişlər. sonuncu onların sözlərinə məhəl qoymayaraq təkrarən uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Şəxs nizam-intizama dəvət etməklərinə baxmayaraq onların qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində tədbir görülməsinfdən ötrü rəhbərliyə raportla müraciət etmişdir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 15 dekabr 2025-cü il tarixdə saat təxminən 16:50 radələrində Tərtər rayonun Səhləbad kəndində uca səslə ünvansız nalayiq ifadələr işlətməklə xırda xuliqanlıq etmiş və onu intizama dəvət edən polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tərtib olunmuş inzibati xəta haqqında protokol, özünün etirafedici izahatı və işdə olan digər sənədlərlə bir daha təsdiq olunur. İş üzrə inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilən halları, Şəxs barəsində daha ciddi inzibati tənbeh nəzərdə tutulan İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında olan cərimə inzibati tənbehinin təyin edilməsi məqsədə müvafiqdir. Yuxarda göstərilənlərə əsasən və İnzibati Xətalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 106, 111-115, 117-118-ci maddələrini rəhbər tutaraq, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 08 (səkkiz) gün müddətinə “həbs” inzibati tənbehi tətbiq edilsin. Həbsin əvvəli 15 dekabr 2025-ci il tarixdən saat 17:30-dan hesablansın. Qərarın icrası Tərtər Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar