Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-933/2025 22.01.2026 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi X1 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çingiz oğlunun iştirakı ilə Şəxs Çingiz oğlunun Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər Rayon Məhkəməsinə Şəxs Çingiz oğlunun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tərtər rayon Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs Çingiz oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Çingiz oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Çingiz oğlu izahatında göstərmişdir ki, barəsində Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi əsasında EQ 27842189 saylı protokol tərtib edilmişdir. O Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin hesabına EQ 27842189 saylı protokol üzrə cərimə ona düzgün tətbiq olunmamışdır. Belə ki, o Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən rəsmi sənəd yəni portaldan çıxarış almışdır ki, həmin çıxarışdan aydın görünür ki, EQ protokolu ilə dövlət qeydiyyat nömrə nişanlı avtomobil səhv edilmişdir, həmin qərara artıq xitam verilmişdir. Məhkəmədən barəsində olan inzibati materiala xitam verilməsini və inzibati məsuliyyətdən azad olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün qərarın icraatına xitam verilməlidir. Belə ki, məhkəmə araşdırmaları zamanı Elektron informasiya sisteminin “Asan Pay” xidmətindən istifadə zamanı aydın olmuşdur ki, Şəxs Çingiz oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 469.3-cü maddəsi əsasında EQ 27842189 saylı protokol tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli biliməsi barədə protokol üzrə qeyd olunan qərara artıq xitam verilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs Çingiz oğlunun inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən həmin Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuiyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 145-ci maddəsini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Çingiz oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan iş üzrə icraata xitam verilsin və o, inzibati məsuliyyətdən azad olunsun. Qərardan 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №3(061)-933/2025
Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-933/2025
22.01.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver