Məhkəmə qərarları › İş №3(061)-941/2025

Tərtər Rayon Məhkəməsi Qərar — İş №3(061)-941/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tərtər rayonu İş № 3(061)-941/2025 26.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ailəli, deməsinə görə əvvəllər məhkum olunmamış, inzibati qaydada həbs olunmuş, əlilliyi olmayan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Tərtər Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inbzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-127/2024 saylı icra sənədinə əsasən borclu Şəxs Süleyman adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb tələbkar X1 ödənilməlidir. Şəxs ümumilikdə tələbkara 5130 manat aliment borcu olmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)- 127/2024 saylı icra sənədinə əsasən borclu kimi ondan Süleyman adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb tələbkar X1 ödənilməlidir. İcra sənədinə əsasən onun tələbkara ümumilikdə tələbkara 5130 manat aliment borcu olması göstərilmişdir. Buna baxmayaraq həmin aliment borcu ilə bağlı tələbkara dəfələrlə ödənişlər etmişdir. Onun tələbkara həmin məbləğdə borcu ola bilməz. Bu barədə ödəniş qəbzləri də vardır. Eyni zamanda onu da qeyd etmişdir ki, onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə yəni il ərzində təkrar eyni əmələ görə protokol düzgün tərtib olunmamışdır. Belə ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati işin icraatına xitam verildiyindən onun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə yəni il ərzində təkrar eyni əmələ tərtib olunmuş protokol əsasında olan inzibati materialın icraatına xitam verilməlidir. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Tərtər rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahatında göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-127/2024 saylı icra sənədinə əsasən borclu Şəxs Süleyman adlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment alınıb tələbkar X1 ödənilməlidir. Şəxs ümumilikdə tələbkara 5130 manat aliment borcu olmuşdur. Eyni zamanda onu da qeyd etmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə yəni il ərzində təkrar eyni əmələ görə protokol ona görə tərtib olunmuşdur ki, onun barəsində Tərtər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı olmuşdur. Ona görə də tərəfindən tərtib olunmuş protokolu əsaslı hesab edərək müvafiq qərar qəbul ediilməsini xahiş etmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxsoğlunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən qəsdən yayınması halları müəyyən olunmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. İşdə olan Tərtər Rayon Məhkəməsinin 05 may 2025-ci il tarixli 3(061)-292/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-50, 53, 106, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədirlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar