Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-10/2024 22.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 28 dekabr 2023-cü il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC 14 dekabr 2021-ci il tarixdə 54800 (əlli dörd min səkkiz yüz) ABŞ dolları məbləğində vəsaiti xaricə köçürmüş və 2 il müddət keçməsinə baxmayaraq həmin vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Bununla da, "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Xəta 15 dekabr 2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, hüquqi şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və məhkəmə işə barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə əlavə olunmuş 14 dekabr 2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC vasitəsi ilə BYD DİS Ticaret A.S hesabına 54800 (əlli dörd min səkkiz yüz) ABŞ dolları pul vəsaiti köçürülmüşdür. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. "xxxx" MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edirəm ki, hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin sanksiyası həddində tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,48-51, 115, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın obyekti olmuş valyuta vəsaiti olan 54800 (əlli dörd min səkkiz yüz) ABŞ dollarının iyirmi faizi məbləğində (icra olunduğu günə Azərbaycan manatına məzənnə nisbəti ilə) cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №3(062)-10/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-10/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver