Məhkəmə qərarları › İş №3(062)-100/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-100/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-100/2023 10.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, Barəsində iş üzrə icraat aparılan Şəxs MMC-nin (**********) haqqında Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsi ilə tərtib olunmuş protokol üzrə inzibati materiala baxaraq, məhkəmə Müəyyən etdi: ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən Ukrayna Respublikasına icrac edilmiş “təzə xurma” yükünü **********2523 saylı gömrük bəyannaməsi ilə göndərdiyi 5190 ABŞ dolları dəyərində yükün dəyərini bəyan edildiyi gündən 180 gün ərzində ixracatçının hesabına köçürülməmiş və bugünədək Şəxs MMC tərəfindən vəsaitin hesablarına daxil olması haqqında bank məlumatları təqdim edilməmiş və bununla da qeyd olunan hüquqi şəxs tərəfindən qanunvericiliyin tələbləri pozulmuşdur. Protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqda protokol tərtib edilmiş Şəxs MMC-yə işə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filialı və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəlləsinin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimal faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Şəxs MMC-yə inzibati tənbeh tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsinin tərkibi vardır və onun barəsində hüquqi şəxs kimi inzibati tənbeh tətbiq edilib cərimə edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18.5, 40, 43, 114-115, 117 və 128-131-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati xətanın obyekti olmuş 5190 (beş min yüz doxsan) ABŞ dolları valyuta vəsaitinin 30% faiz miqdarında, yəni 1557 (bir min beş yüz əlli yeddi) ABŞ dolları məbləğində cərimə edilsin. Cərimə ödəniş gününə olan manata məzənnə nisbəti ilə hesablansın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar