Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 3(062)-100/2025 14.02.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X3, Qərar barəsində şikayət verilən Tovuz Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti baş inspektoru X2 iştirakı ilə, Tovuz Rayon Polis Şöbəsinin DYPB tərəfindən çıxarılan inzibati tənbeh vermə haqqında TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərardan X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini və cərimənin silinməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayətini onunla əsaslandırmışdır ki, 09 yanvar 2025-ci il tarixində saat 15:50 radələrində ona məxsus olan Ford Transit yük minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Qovlar Quşçu yolunun 2-ci kilometirliyində mağazaya su almaq üçün düşdüyü zaman Tovuz rayonu, Yol Patrul Xidmətinin Baş inspektoru Polis Baş leytinantı X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 353.2-ci maddərini əsas gətirilərək barəsində inizbati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. O, polis inspektoruna bildirmişdir ki, idarə etdiyi avtomobil yazılan inzibati xəta ilə uyğuğunluq təşkil etmir. Belə ki, onun idarə etdiyi avtomobil Ford Transit yük minik markalı avtomobil iri-qabaritli aytomobil siyahısında deyil. Bu səbəbəbdən o, polis nəfərinə etirazını açıq şəkildə ifadə etmişdir. Bir az mübahisə etdikdən sonra avtomobilini qanusuz olaraq Ağstafa rayonu ərazisində yerləşən iri qabaritli avtomaşınlar üçün nəzərdə tutulmuş tərəziyə aparmışlar. Orada tərəzinin əməkdaşları bidirmişlər ki, bu avtomaşın iri qabaritli deyil. Çünki oxa düşən çəki 16 tondan artıq olmalıdır. Barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 353.2-ci maddərini əsas gətirilərək inizbati tənbeh vermə haqqında 09 yanvar 2025-ci il tarixli İXP ******* sayli protokol tərtib edilmiş və 10 yanvar 2025-ci il tarixli TP ******* saylı qərar qəbul edilərək 600 (altı yüz) manat cərimə edilmişdir. O, hərəkətdə olmamış və avtomobilini tərk etmişdir. Yol Patrul Xidmətinin əməkdaşlarının təhlükəsizlik kəmərindən isifadə etmədiyini görməsi fiziki olaraq mümkün deyil. Onun əməli isə Azərbaycan Respublikasının İnizbati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yük daşıma qaydalarının pozulmasına dair inzibati xətaya tövsif edilməlidir. Həmin maddəyə görə mənə 40 (qırx) manat məbləğində cərimə cəzası yazılmalıdır. Tərtib olunmuş qərar prosesual qaydanın pozulması ilə tərtib edilmişdir. Bu səbəbdən protokol və qərar ləğv olunmalıdır. Məhkəmə iclasında X5 izahatında şikayətini müdafiə edirək barəsində tərtib edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Tovuz Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti baş inspektoru X4 izahatında bildirmişdir ki, X3 idarə etdiyi Ford Transit yük minik markalı **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən xx.xx.2025-ci il tarixdə saxlanıılmış, avtomobillər üçün nəzərdə tutulmuş tərəzidə çəkildikdən sonra avtomobilin öz çəkisindən təxminən 2 dəfə artıq yüklənməsi müəyyən edildiyindən İnzibati Xətalar Məcəlləsinin 329.1-ci və 353.2-ci maddərini əsas gətirilərək inizbati tənbeh vermə haqqında 09 yanvar 2025-ci il tarixli İXP ******* sayli protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə, iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və ya yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə İXM-nin 329.1 və 353.2-ci maddələri ilə 600 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X5 İXM-nin 329.1 və 353.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə araşdırma zamanı işin tədqiq olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil və inzibati məsuliyyət müəyyən edən qanunun norması düzgün tətbiq edilməmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 51-ci bəndinə əsasən ağırçəkili nəqliyyat vasitəsi - ümumi istifadədə olan avtomobil yolları və yol qurğuları üçün müəyyən edilmiş çəki və ya oxlar üzrə parametr hədlərini aşan yüklü və ya yüksüz nəqliyyat vasitəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın 6.4.-cü bəndinə əsasən yükgöndərən (yükalan) daşınması üçün icazə tələb olunan iriqabaritli və ağırçəkili yüklər istisna olmaqla, avtonəqliyyat vasitəsini onun tam həcmindən, yükgötürmə qabiliyyətindən və ya yol hərəkəti qaydaları ilə müəyyən edilmiş qabaritlərindən artıq yükləməməlidir. Göründüyü kimi X3 idarə etdiyi Ford Transit yük minik markalı avtomobil ağırçəkili nəqliyyat vasitəsi hesab edilə bilməz. Buna görə də həmin nəqliyyat vasitəsinin həddən artıq yüklənməsi İXM-nin 353.2-ci maddəsinin tərkibini yaratmır. Məhkəmə hesab edir ki, X3 idarə etdiyi Ford Transit yük minik markalı avtomobili həddən artıq yükləməsi yük daşıma qaydalarının pozulması hesab edilməklə İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur. Odur ki, TP ******* nömrəli xx.xx.2025-ci il tarixli nömrəli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilərək X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar çıxarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 122, 128-130, 134, 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tovuz Rayon Polis Şöbəsinin DYPB tərəfindən qəbul edilmiş TP ******* nömrəli xx.xx.2025-ci il tarixli nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin. X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 329.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-100/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №3(062)-100/2025
14.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver