Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 3(062)-1001/2024 26.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədov Samir Zöhrab oğlunun katibliyi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə və İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.3, 332.1 və 334-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Tovuz Rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokollara məhkəmə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Tovuz RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, MN0248735 nömrəli protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Həmçinin, Tovuz Rayon Polis Şöbəsinin Dövlət yol polisi bölməsinin yol patrul xidməti inspektoru polis kiçik serjantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.3, 332.1 və 334-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Tovuz Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə materialları araşdıraraq hesab edir ki, Şəxs öz hərəkətləri ilə eyni inzibati xətanı törətdiyindən həmin işlər üzrə icraat birləşdirilərək bir icraatda baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsinə görə Azərbaycan Respublikası inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilməsə də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında nümayiş etdirdiyi mövqeyə görə inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə gəldikdə qeyd edilməlidir ki, cinayət-prosessual qanunvericiliyinin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində işlərin birləşdirilməsi göstərilmədiyindən analogiya üzrə Azərbaycan RespublikasıCinayət- Prosessual Məcəlləsinə müraciət olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.3, 332.1 və 334-cü maddələri ilə və 510 və 535.1-ci maddələri ilə toplanmış materiallara bir icraatda birləşdirilməklə baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İXM-nin 34 və CPM-nin 49-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 329.3, 332.1 və 334-cü maddələri ilə və 510 və 535.1-ci maddələri ilə toplanmış materiallara bir icraatda birləşdirilməklə 3(062)-1000/2024 nömrəli iş kimi baxılsın. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №3(062)-1001/2024
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №3(062)-1001/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver